Azər Qismət: "Milli təhlükəsizliyə təhdid yaradan istənilən nəsnə ləğv edilməlidir"


Digərləri 04 Noy 2025 14:34:00 79 0

Azər Qismət: "Milli təhlükəsizliyə təhdid yaradan istənilən nəsnə ləğv edilməlidir"

Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:

"Müxalifət" sözünün tərifində əsas vurğu belədir: Alternativ təklif edən bir qrup və ya insan qrupu.  Müxalifət nə etməlidir? Tənqid etməli, konsepsiya irəli sürməlidir.

Yarandığı gündən AXCP və Müsavat partiyalarının alternativ təklifləri olubmu? Heç vaxt olmayıb. Adıçəkilən partiyaların sədrləri bunu onlardan istəyənlərə yalnız bir ifadə ilə cavab veriblər:

"Biz yalnız hakimiyyətə gələndən sonra konepsiyamızı irəli sürəcəyik".

Lakin kifayət qədər ağıllı adamlar onların bu bəyanatı fonunda təlaşa düşüblər. Çünki bu hansısa idarəyə deyil, ölkəyə rəhbərliyin seçilməsi söhbətidir. Əgər həmin konsepsiya ölkənin milli təhlükəsizliyinə təhdid xarakteri daşıyarsa, təbiii ki, ölkənin gələcəyini düşünən şəxslər təlaşa düşə bilər.

Hər iki partiyanın bağlanması nəyə görə lazımdır? Əgər söhbət rüşvətxorluq və korrupsiya faktlarının qabardılmasından gedirsə, Azərbaycan Prezidentinin  sərəncamı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi yaradılıb. Və bu günə qədər bu sahədə heç bir yüksək rütbəli şəxsə güzəşt edilməyib. Bu yaxınlarda daha bir əməliyyat nəticəsində daha bir rayonun icra hakimiyyətinin başçısı və məmurlar saxlanıldı. Adıçəkilən partiyaların sədrləri sosial problemlərin qabardılması üçün lazımdırsa, onların əndişəsinə hacət yoxdur. Çünki sosial şəbəkə istifadəçiləri sosial  problemləri qaldırırlar. İctimai nəqliyyatdan tutmuş kommunal problemlərə qədər. Üstəlik, dövlət başçısı özü dəfələrlə bildirib ki, adi sakinlər də bu işə nəzarət etməlidir. Əgər məmur özbaşınalığını vurğulayırlarsa, bunu Prezident də dəfələrlə vurğulayıb və xəbərdarlıq edib. Üstəlik özbaşınalıq nümayiş etdirən, vətəndaşların şikayətlərinə laqeyd yanaşan məmurların vəzifədən uzaqlaşdırlması barədə sərəncamlar da imzalayıb. 

Bəs, partiya sədrləri bizə harda lazım idi? Milli maraqlara və təhlükəsizliyə təhdid yarananda apadıqları siyasətdən tutmuş verdikləri bəyanatlara qədər dövlətin yanında olmalı, fəaliyyət planı paralel aparılmalı idi. Lakin nə gördük? 44 günlük müharibə vaxtı yalnız AXCP və Müsavat hökumətə dəstək nümayiş etdirmədi.   AXCP sədri 44 günlük müharibədən əvvəl Azərbaycan ordusunun qələbə qazanmağa hazır, yaxud qadir olmadığını vurğulamaqla, haqq işinə zərbə vurmağa cəhd etdi, ümidsizlik yaratmaq istədi. No War-çıların bir ucu gedib həmin partiyalara çıxdı. Müharibə istəməmək birbaşa xaicdən, xüsusən Fransa tərəfindən gələn təlimatlara uyğun hazırlanırdı. Yaxud, bu illər ərzində nə vaxtsa görmüsünüzmü, ölkəmizə səfər edən beynəlxalq nümayəndələr qarşısında Xocalı soyqırımından tutmuş ümumilikdə Qarabağ münaqişəsinin həllinə qədər məsələ qaldırsınlar, bu işin ədalətli həlli üçün tələblər irəli sürsünlər? Heç vaxt olmayıb.  Ümummilli lider Heydər Əliyevin rəhbərlik illərində, İlham Əliyevin prezidentliyi  dönəmində də adıçəkilən partiyaların sədası Fransa, ABŞ səfirliklərindən çıxıb. Kəşfiyyatçı attaşelər nə qərar veribsə (təbii ki, hökumətlərinin tapşırığı ilə), üstündən neçə gün keçər-keçməz xüsusən bu iki partiyanın sədrləri yeni aksiyanın təşkili barədə anons veriblər. Aksiyaların təşkili hakimiyyətə güc nümayişi, yaxud ədalətli işindən geri çəkdirmək cəhdi idi. Bunun adı nədir? Xəyanətkarlıq, üstəlik milli təhlükəsziliyə təhdid. Çünki işğal altında olan torpaqların azad edilməsi birbaşa milli təhlükəsizlik məsələsi idi.

AXCP və Müsavat partiyalarının ləğvi ölkədə avtoritarizm anlamına gəlməməlidir. Ona qalsa, müxalifətin ideal hesab etdiyi demokratik ölkələrdə də milli təhlükəsizliyə təhdid yaradan şəxslər, yaxud partiyalar ləğv edilir. Əgər hər iki partiyanın fəaliyyəti qaranlıq və şübhəlidirsə, birbaşa xarici ölkələrin təhlükəsizlik  orqanlarının təlimatlarına uyğundursa, sözsüz ki, bağlanmalıdır. Sağlam müxalifət yaranmalıdır: Xaricin təlimatları və tapşırıqları ilə oturub-durmayan, konsepsiya təklif edən, minlərlə face profil idarə edib təhqirlər yağdırmayan, öz sözünü sağlam  tənqid üzərində quran partiyalar.

“Smartkart” tipli qaz sayğacları niyə dəyişdirilir?  AÇIQLAMA like
  • 04 Noy 14:29  
Digərləri “Smartkart” tipli qaz sayğacları niyə dəyişdirilir? AÇIQLAMA

Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi

arrow Ətraflı
Saleh Novruzi və komandasına hökm oxundu  9 il şərti cəza like
  • 04 Noy 14:27  
Digərləri Saleh Novruzi və komandasına hökm oxundu 9 il şərti cəza

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar

arrow Ətraflı
Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi like
  • 04 Noy 14:25  
Digərləri Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərk�

arrow Ətraflı
"WhatsApp"da yeni təhlükə  Nömrə olmadan zəng etmək mümkün olacaq like
  • 04 Noy 14:19  
Digərləri "WhatsApp"da yeni təhlükə Nömrə olmadan zəng etmək mümkün olacaq

"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funk

arrow Ətraflı
BakıQazax yolunda yük maşını aşdı, yanğın oldu  like
  • 04 Noy 14:07  
Digərləri BakıQazax yolunda yük maşını aşdı, yanğın oldu

Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yo

arrow Ətraflı
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcının ən son like
  • 04 Noy 14:05  
Digərləri Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcının ən son

Xəbər verdiyimiz kimi, bir müddətdir narkotik aludəçiliyindən əziyyət �

arrow Ətraflı
Yaşlı qadının Ərdoğanla dialoqu diqqət çəkdi like
  • 04 Noy 13:51  
Digərləri Yaşlı qadının Ərdoğanla dialoqu diqqət çəkdi

Türkiyədə yaşlı bir qadının Prezident Rəcəb Tayyib Ərdoğana etdiyi s�

arrow Ətraflı
Bakıda bir həftə əvvəl çəkilən asfalt ÇÖKDÜ like
  • 04 Noy 13:37  
Digərləri Bakıda bir həftə əvvəl çəkilən asfalt ÇÖKDÜ

Binəqədidə bir həftə əvvəl çəkilən asfalt çöküb.

arrow Ətraflı
Ağamirzə vəsiyyətini AÇIQLADI: "Öləndən sonra..." like
  • 04 Noy 13:32  
Şou-biznes Ağamirzə vəsiyyətini AÇIQLADI: "Öləndən sonra..."

Meyxana ustadı Ağamirzə Maştağalı sözləri ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan elminin dönüş nöqtəsi: Prezidentdən açıq mesajlar like
  • 04 Noy 13:30  
Siyasət Azərbaycan elminin dönüş nöqtəsi: Prezidentdən açıq mesajlar

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş y

arrow Ətraflı
Paşinyandan Ərdoğanla bağlı AÇIQLAMA like
  • 04 Noy 13:20  
Dünya Paşinyandan Ərdoğanla bağlı AÇIQLAMA

Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünl�

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 04 Noy 13:14  
Digərləri Sabah Bakıda yağış yağacaq

Sabah Azərbaycanda hava necə olacaq?

arrow Ətraflı
“Özlərini müstəqil ekspert adlandıranlar çaşdırıcı məlumatlar yayır” like
  • 04 Noy 13:10  
Digərləri “Özlərini müstəqil ekspert adlandıranlar çaşdırıcı məlumatlar yayır”

"Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqs�

arrow Ətraflı
Yağış yağacaq, leysan olacaq  XƏBƏRDARLIQ like
  • 04 Noy 13:06  
Digərləri Yağış yağacaq, leysan olacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağı�

arrow Ətraflı
Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası like
  • 04 Noy 13:03  
Digərləri Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda həbsdə olan Ramiz Me

arrow Ətraflı