Beyinə zərər verən qidalar açıqlandı
Digərləri 02 Noy 2025 19:01:00 68 0
ABŞ-də aparılan yeni araşdırma beyin sağlamlığı üçün ən zərərli qidələrin ultra işlənmiş ət məhsulları və şəkərli içkilər olduğunu göstərib.
Bu xəbəri də oxu: Azərbaycanda zəlzələ oldu
Son.az xəbər verir ki, Virginia Tech Universitetindən alimlərin həyata keçirdiyi tədqiqatda, bu qidalardan gündə bir porsiya artıq istehlak edən insanlarda Alzheimer və digər demans növləri daxil olmaqla şüur pozuntusu riskinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib.
Araşdırmada 55 yaş və yuxarı 4 750 ABŞ vətəndaşı 7 il ərzində izlənib. İştirakçıların 2014-2020-ci illər arasında hər iki ildə bir dəfə zehni vəziyyətləri qiymətləndirilib.
Ultra işlənmiş heyvan mənşəli məhsullardan (sosis, salam, hazır ətli pizzalar və s.) gündə bir porsiya artıq qəbul edənlərin şüur pozulma riski 17% artıb.
Şəkərli içkilərdə (qazlı içkilər, şəkərli buzlu çaylar, meyvəli içkilər) risk nisbətən daha az olsa da, gündə bir porsiyon artıq içənlərdə 6% artıb.
Araşdırmada maraqlı bir məqam da qeyd olunub: ümumi ultra işlənmiş qida istehlakı ilə şüur pozuntusu arasında əhəmiyyətli əlaqə tapılmasa da, xüsusilə ət məhsulları və içkilər beynin sağlamlığı üçün ən mənfi təsiri göstərib. Digər şirniyyat, qəlyanaltı, taxıl və süd əsaslı hazır məhsullarda isə belə əlaqə müşahidə edilməyib.
Virginia Tech-dən qidalanma professoru Brenda Davy bildirir:
"Dəyişdirilə biləcək şeylər var. Əsas olan çox yeməmək və qidalanma seçimlərində balanslı davranmaqdır."
Tədqiqat nəticələrinə görə, 2020-ci ildə ABŞ evlərində alınan qidaların 65%-i, içkilərin isə 38%-i ultra işlənmiş məhsullardan ibarət olub. Həm gənclər, həm də yetkin insanlar gündəlik kalorinin yarısından çoxunu bu məhsullardan əldə edirlər.
İnsan inkişafı üzrə ekspert Ben Katz əlavə edir: "Diyetə əməl etmək bir şeydir, amma insanlara o diyeti hazırlama bacarığını öyrətmək tam başqa bir şeydir."
Ekspertlər bildirir ki, ultra işlənmiş ət məhsulları və şəkərli içkilərin azaldılması beyin sağlamlığını qorumaq üçün ən sadə və effektiv addımlardan biridir.
Araşdırmanın nəticələri American Journal of Clinical Nutrition jurnalında yayımlanıb. Lalə Qüdrətova Son.az
Xəbər verdiyimiz kimi, Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (
Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də hə
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik Stansiyası inşa
Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellekt və avtomatlaşdırm
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Fransada qızıl emalı zavoduna silahlı basqın: 12 milyon avroluq soyğun
Rusiya tərəfi hazırda Rusiya-ABŞ sammitinin keçirilməsini zəruri hesab et
"Rusiya Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır&q
Bakıda çökmüş yollar sürücülərə problem yaratmaqdadır.
Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda faciəli hadisə baş ver
Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
İranın iradəsi nüvə sənayesini inkişaf etdirməklə nüvə silahını dü
