Zaqatalada maraqlı hadisə "Bolt"un sürücüsü maşını polis şöbəsinə sürdü
Digərləri 02 Noy 2025 10:04:00 103 0
Zaqatala rayonunda maraqlı hadisə baş verib.
Bu xəbəri də oxu: BakıSumqayıt yolundakı ağır qəzanın VİDEOSU
Son.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Bolt" tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub.
Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan, Ağdamdan keçmiş məcburi köçkün olan E.Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib. Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin E.Quliyev maşından düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala Rayon Polis Şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib.
Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sərxoş sərnişin 50 manat cərimə edilərək sərbəst buraxılıb.
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyi getdikcə daha ayd
Son.az xəbər verir ki, lent.az-ın müsahibi Əməkdar artist Coşqun Rəhimo
Qış mövsümü yaxınlaşdıqca, bir çox ölkədə insanlar sərfəli isinmə
Ciyər bişirilərkən əvvəlcə ciyər kiçik kub şəklində doğranılır, u
"Kristal Abşeron" yaşayış kompleksində yeniyetmə 17 mərtəbəl
Rusiyalı səyahətçi Yaponiyaya səfəri zamanı oradakı qadınların bədən
Alimlər prostat xərçənginin qarşısını almaq üçün kişilərə lazım o
Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinl
Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın
Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi
Qış yaxınlaşdıqca "hansı çay həqiqətən faydalıdır?" sualı
"Toy iqtisadi platforma idi. Burada nə qədər çalışan var idi: aşpaz,
