“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib


Digərləri 31 Okt 2025 23:47:00 87 0

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib

Oktyabrın 31-də "Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsinin daha bir tədbiri - "Püstə: canlı irs" təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

Son.az xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.

Sonra "Azərxalça" ASC-nin toxuduğu triptix - üç xalçadan ibarət əsər təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.

Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri xarakterini vurğulayır.

Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında püstə ağacı əkilib.

Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.

Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.

“Hacıbala Abutalıbov Ramiz Mehdiyevin yanından gəlib bizə dedi ki…” like
  • 31 Okt 23:40  
Digərləri “Hacıbala Abutalıbov Ramiz Mehdiyevin yanından gəlib bizə dedi ki…”

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev qal

arrow Ətraflı
"Şadlıq evindən deyiblər ki, Eldəniz bizim məkana uyğun deyil" like
  • 31 Okt 23:37  
Şou-biznes "Şadlıq evindən deyiblər ki, Eldəniz bizim məkana uyğun deyil"

"Şadlıq saraylarındakı administratorlar müğənnilərin çörəyinə b

arrow Ətraflı
Türkiyədə azərbaycanlı tələbə faciəvi şəkildə öldü like
  • 31 Okt 23:08  
Digərləri Türkiyədə azərbaycanlı tələbə faciəvi şəkildə öldü

Azərbaycanlı tələbə Nicat Kazımlı Türkiyənin Samsun şəhərində düny

arrow Ətraflı
"12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb like
  • 31 Okt 22:54  
Digərləri "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb

Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar ara

arrow Ətraflı
Samir Bağırov uzun aradan sonra efirdə like
  • 31 Okt 22:41  
Şou-biznes Samir Bağırov uzun aradan sonra efirdə

Müğənni Samir Bağırov uzun fasilədən sonra "Həmin Zaur" verili

arrow Ətraflı
Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edir like
  • 31 Okt 22:26  
Digərləri Yaddaş üçün möcüzəvi qida: Həftədə bir dəfə yemək bəs edir

Yeni elmi araşdırma pendirin beyinə olan təsiri ilə bağlı maraqlı nətic

arrow Ətraflı
Səhnədə pərəstişkarına ayaqqabısını bağlatdırdı like
  • 31 Okt 22:11  
Şou-biznes Səhnədə pərəstişkarına ayaqqabısını bağlatdırdı

Məşhur türkiyəli müğənni Kenan Doğulunun son konsertində maraqlı və s

arrow Ətraflı
Sobaya dəfnə yarpağı qoyun  nəticəyə inanmayacaqsınız like
  • 31 Okt 21:57  
Digərləri Sobaya dəfnə yarpağı qoyun nəticəyə inanmayacaqsınız

Fransada getdikcə populyarlaşan yeni bir təbii təmizlik üsulu sosial mediad

arrow Ətraflı
Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi like
  • 31 Okt 21:42  
Şou-biznes Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi

Məşhur türkiyəli müğənni Güllünün faciəvi ölümü ilə bağlı istin

arrow Ətraflı
Xəstə ilə kobud rəftar edən nevropatoloqa like
  • 31 Okt 21:10  
Digərləri Xəstə ilə kobud rəftar edən nevropatoloqa

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevro

arrow Ətraflı
İranda illik inflyasiya pik həddə like
  • 31 Okt 20:57  
Digərləri İranda illik inflyasiya pik həddə

Sentyabr ayında İranda illik inflyasiya 45,3 faizə çataraq 2023-cü ilin may

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb like
  • 31 Okt 20:38  
Siyasət Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır  Səbəb like
  • 31 Okt 20:13  
Digərləri Qadınlarda bu yaşdan sonra ürək problemləri başlayır Səbəb

Alimlər qadınlarda yaş artdıqca ürək xəstəliklərinin yaranma səbəbini

arrow Ətraflı
Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi like
  • 31 Okt 19:58  
Digərləri Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın tərkibini təsdiqləndi

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiya

arrow Ətraflı