Səssiz gurultunun gumbultusu Yunus Oğuz yazır
Digərləri 31 Okt 2025 15:01:00 78 0
Yunus Oğuz
Bu xəbəri də oxu: Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdi qarşısı alınıb FOTO
Felyeton
Gurultu təbiət hadisəsidir. İldırım çaxır, qocaman bir palıd ağacını gurultu ilə ikiyə bölür. Bölünmüş ağac da səs-küylə, yəni gumbultu ilə yerə düşür. Yerə düşən əşya, yaxud insan həmişə gumbultu salır.
O gün yağış yağırdı, qəşəng də yağırdı, amma gurultusu yox idi. Hiss edirdin ki, hardasa şimşək çaxır, ancaq səsi gəlib bizə çatmır, yaxud gec gəlib çatır.
Nəsrəddin Tusi xaşxaşilərin Ələmut qalasında iyirmi il həbsxanada oturmuşdu. Dövrünə görə, bu qalanın kitabxanası dünyanın ən zəngin kitabxanalarından biri idi. Tusi də buradakı kitabların hamısını oxuyub aqilləşmişdi. Hülaki xan Ələmutu darmadağın edəndə onu da həbsdən azad edir. Tusi ilə söhbətdən sonra, xan başa düşür ki, belə aqildən, hər şeyi biləndən uzaq durmaq lazım deyil, onu özünə vəzir götürür. Bir gün xanın keyfi dağların üstündə qəzəndə, o vəzirindən soruşur:
-Ürəyin nə istəyir, söylə həyata keçirim. Nəsrəddin cavab verir: -Ürəyim heç nə istəmir, amma əqlim deyir ki, bir rəsədxana açmaq lazımdır.
Hülaki sual verir: -Rəsədxana nə deməkdir? -Ulduzları müşahidə edəcəyik.
-Bəs, bu dövlətimə nə verəcək? Tusi ona başa salır:
- Həşəmətli xan, göylərdən gələn bəlaları öncədən biləcək, ona uyğun tədbirlərimizi görəcəyik. Biləcəyik bizi hansı təhlükələr gözləyir.
Xanın ağlına heç nə batmır, o zaman vəzir deyir:
-Xan sağ olsun, ordugahımız dağın ətəyində düşərgə salıb. Əmr verin ki, çox böyük bir qazan hazırlasınlar, içinə bir neçə daş atıb, qoysunlar dağın başına, ancaq bunu heç kim bilməsin.
Hülakini maraq götürür. Əmr verir ki, qazanı düzəltsinlər. Deyilənlər hazır olandan sonra xan ilə vəzir çıxır dağın başına. Tusi göstəriş verir ki, qazanın ağzını bərk-bərk bağlayıb yuvarlasınlar üzü aşağı. Elə də edirlər. Qazan içində bir neçə daşla üzü aşağı düşdükcə bir səs-küy, gumbultu salır ki, ordugahda olanlar həyəcanlanırlar, elə bilirlər ki, yuxarı tərəfdən kimsə bunlara hücum edib.
Ordu döyüş vəziyyətinə gətirilir.
Nəsrəddin Tusi xana deyir:
-Xan sağ olsun, gördünmü, ordu yuxarıdan nəyin gəldiyini bilmədiyi üçün döyüş vəziyyəti aldı. Əgər bilsəydilər, belə təşvişə düşməzdilər.
Bundan sonra Hülaki xan rəsədxananın tikilməsi üçün vəsait ayırır.
Bu məsəli niyə çəkdim? Uzun müddətdir şeytanın Dəccalı səssiz işləyib gurultu yaratmaq istəyirdi, ancaq gumbultu ilə özü yerə düşdü. Düşdüyü yerdə də krater, yəni böyük bir çala yaratdı. İndi o çalaya bir-bir adamları yığırlar. Hələlik ortalığa əlli nəfəri buraxıblar. Çalada hamı bir-birinin üzünə durur, Dəccalın bu xəyanətinin miqyasını guya bilmirdilər.
Bəs, bu səssiz gurultunun gumbultusunu necə salacaqdılar?
Kecən il vurulan təyyarəmizlə eyni vaxtda (belə ehtimal edilir) prezidentin təyyarəsi də uçurdu. Təyyarə vurulacaq, sonra gumbultunun sədasında Dövlət Şurası yaradılacaqdı. Rusiyaya nifrət, şuraya məhəbbət yaranacaqdı.
Yadıma bir lətifə düşdü. Ahıl bir kişi öləndə arvadını yanına çağırıb deyir:
-Ta ölürəm, heç olmasa boynuna al ki, mənə nə qədər xəyanət etmisən.
Arvad cavab verir:
-Pah, birdən ölmədin, onda necə olsun?
İndi səssiz gurultu, yəni xəyanət baş tutmadıqda hamı düşüb onun üstünə. O da yaxasını çəkib qırağa, deyir elə etməyin ki, açım sandığı, töküm pambığı. Gözünə döndüyüm qara maskalılar da çevriliblər qartala. Göydə süzür, çaladan çıxmağa çalışan əfi ilanları bir-bir ovlayır, zərərsizləşdirirlər.
Bu səssiz gurultunun səssiz musiqisinin sədası altında paslı kilidlər açılır. Bu kilidlərin arxasında görünən qapı cırıltı ilə açıldıqca ortalığa daha böyük xəyanətlər çıxır. Xəyanətin ortasında isə dövlətə, millətə, prezidentə böyük bir Nifrət dayanır. İnanmırsınız, birini deyim.
Qırx dörd günlük müharibə zamanı AMEA-dan bir xəbər gəldi: "Elmlər Akademiyası əsgərlər üçün mələfə tədarük edib".
Budur, görün bunlar dövlətimizi necə ələ salırdılar?! Başqa ölkələrin institutları ölkələri üçün böyük işlər görür, yeni silah yaratmaq üçün eksperimentlər aparırlar. Bunlar isə mələfə göndərirlər. Ə, get atını başqa cığırda sür! Əsgər səngərdə mələfəni neyləyirdi, məgər o yatırdı? Bax, nifrət budur. Heç, o Dəccal azad olunan torpaqlara bir dəfə də getmədi. Niyə də getsin?
Qohumlarının əlindən işğal edilmiş torpaqları mələfə göndərmək istədiyi əsgərlər azad etmişdi. Nifrətin sonu isə qisas olur.
Bax, beləcə gurultunun əvəzinə guppultu yarandı, özü də nə guppultu. İndi hamı həyəcan, təşviş içindədir. Dəccalla əlaqədə olanlar daha yatmırlar, səhəri diri gözlə açırlar. O kinoda deyildiyi kimi "İndi gələr, bu saat gələr".
Bir gün şeytan balasına insanları göstərib deyir:
-Kimlə istəyirsən əylən, qılığlna gir, yoldan çıxart, təkcə bu insanlardan başqa.
Balası soruşur:
-Niyə?
-Ona görə ki, bu insanlar dünyada nə qədər pis, əclaflıq, mərdimazarlıq, xəyanət, acgözlük var edəcəklər. Sonra da hamının üzünə duracaq, bütün bu əməlləri bizim boynumuza qoyacaqlar. Bunların xisləti belədir, mənim balam!
O gün Bakının baş biləni tə sərrüfat iclası keçirib gurultulu çıxış edib, siyasətdən danışıb.Deyib ki, etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə tamamilə qəbuledilməzdir.
Görün ha, gimbultulu maddələr qoyulub adamın boynuna (vətənə xəyanət, dövlət çevrilişi, korrupsiya), bu da etik normadan danışır.
Yadıma yenə bir lətifə düşdü:
Birini soymaq istəyirlər. Darta-darta gölün qırağına gətirib, başını suya soxub soruşurlar:
-Dollar var?
-Nəfəslik verən kimi kişi cavab verir:
-Yox.
-Avro var? -Yox.
-Manat var?
-Yox.
Kişi axırda bezib deyir:
-A kişilər, siz başımı, ya daha dərinə salın, ya da suda daha çox saxlayın, mən orda heç nə görmürəm. Gördü, sən demə, hələlik üç milyonu görüb qaytarıb. Hələ ortalığa nələr çıxacaq, nələr...
Xəyanətin anatomiyası budur. Həm dövlətini, rəhbərini satır, həm də suyun altında varidat yığır, bir yandan da səni əzir, insanları dövlətdən narazı salır.
Bu gumbultu nə olan şeydir ki, hamı ondan diksinir, hamı ondan ehtiyat edir.
Bu da son. Elə bilirdilər gumbultu ilə hörmət, nüfuz qazanacaqlar. Pis vəziyyətə düşəndə də aradan sivişib çıxacaqlar.
Amma, elə deyil.
Bir kişi evdə oturub televizora baxır.
Yarım saaatdan sonra durur evdə divanın, stolun, televizorun altına baxır, nə isə axtarır. Arvadı gəlib soruşur: - A, kişi nə axtarırsan?
Kişi deyir:
-Arvad, bizim evdə kamera var.
-A kişi, ola bilməz!
Kişi cavab verir:
-Yox, yüz faiz var, əgər kamera olmasaydı, aparıcı niyə hər beş dəqiqədən bir deyir, siz AzTV-yə baxırsınız? O nə bilir ki, mən AzTV-yə baxıram?
Biz də baxırıq. Deyəsən çox yazdım. Nə isə ya zəlzələdən, ya vəlvələdən bu səssiz gurultunun gumbultu səsi acı bağırsaq kimi hələ çox uzanacaq. Ildırım səssiz guruldayacaq, şimşək çaxacaq, qara paltarlılar şimşəyin işığında yel kimi görsənib kimlərisə uzaqlara aparacaq. 31.10.25
Yango Azerbaijan sərnişinlərinin təhlükəsizliyinə xüsusi önəm verir v�
 Ətraflı
 Ətraflı
                                                Noyabr ayı duyğuların canlandığı, ürəklərin bir az daha sürətli döy�
 Ətraflı
 Ətraflı
                                                Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını y
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətən
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə illər sonra ilk dəfə "dəli dana" xəstəliyinə (BSE
 Ətraflı
 Ətraflı
                                                Ermənistan Hindistandan 12 Su-30MKI tipli qırıcı təyyarə almağa hazırla�
 Ətraflı
 Ətraflı
                                                Son günlər sosial mediada müğənni Nəfəsin bir verilişdə təqdim etdiy
 Ətraflı
 Ətraflı
                                                Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq c�
 Ətraflı
 Ətraflı
                                                Türkiyə artıq yeni nəsil əsas döyüş tanklarını tam müstəqil şəkild
 Ətraflı
 Ətraflı
                                                Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda məktəblilərin iştirakı ilə çəkilmiş qeyri-etik video yay�
 Ətraflı
 Ətraflı
                                                TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirm�
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin gərgin münasibətl
 Ətraflı
 Ətraflı
                                                Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Komple
 Ətraflı
 Ətraflı
                                                Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            