Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı "Ona dəfələrlə demişdim ki..."


Digərləri 31 Okt 2025 09:53:00 83 0

Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı  "Ona dəfələrlə demişdim ki..."

"Hürriyət" qəzetinin və "Hüriyyət TV"nin ofisində aparılan əməliyyatla bağlı yayılan məlumatlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları "sosial gərginliyi artırmaq və dövlət orqanlarını gözdən salmaq məqsədi daşıyan hərəkətlər" kimi qiymətləndirilib. 

Son.az bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Azərbaycan Reallığı"na açıqlamasında bacısı oğlu, "Hürriyət" qəzetinin və "Hüriyyət TV"nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışıb.

Sərdar Cəlaloğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həm media ofislərində, həm də Vüqar Məmmədovun yaşadığı evdə axtarış aparıblar:

"Evində axtarış zamanı heç nə götürülməyib. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildiriblər ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var".

ADP sədrinin sözlərinə görə, Vüqar Məmmədovun həbsi Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəli deyil və bu iddialar əsassızdır:

"Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar təxminən 6 ay əvvəl mənə çatdırılmışdı. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX bildirmişdi. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa bir şey deyil."

Sərdar Cəlaloğlu əlavə edib ki, Vüqar Məmmədovun əvvəllər də Ramiz Mehdiyevlə eyni cəbhədə dayanması barədə deyilənlər tamamilə əsassızdır:

"Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbsdə olub. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilib, nəticədə müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən daha çox düşmənlik edən şəxs yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq".

Ötən gün DTX tərəfindən saxlanılan icra başçısının vəkili bəlli oldu  like
  • 31 Okt 09:44  
Digərləri Ötən gün DTX tərəfindən saxlanılan icra başçısının vəkili bəlli oldu

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan

arrow Ətraflı
Əmrah 1997ci ildə də Bakıya gəlmişdi  qızların bu hərəkəti TƏNQİD OLUNMUŞDU like
  • 31 Okt 09:30  
Şou-biznes Əmrah 1997ci ildə də Bakıya gəlmişdi qızların bu hərəkəti TƏNQİD OLUNMUŞDU

Türkiyəli məşhur müğənni Əmrahın 1997-ci ildə Bakıda verdiyi konsertd

arrow Ətraflı
Bu ərazilərdə qaz kəsiləcək  saat 10:00da like
  • 31 Okt 09:22  
Digərləri Bu ərazilərdə qaz kəsiləcək saat 10:00da

Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmu�

arrow Ətraflı
Rubl və avro ucuzlaşdı  RƏSMİ like
  • 31 Okt 09:14  
Digərləri Rubl və avro ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 31 Okt 09:09  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Pambıq və ya fırça ilə dırnağa çəkin  göbələyin kökünü kəsir like
  • 31 Okt 08:41  
Digərləri Pambıq və ya fırça ilə dırnağa çəkin göbələyin kökünü kəsir

Dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımından narahatlıq

arrow Ətraflı
İlk dəfə keçmiş həyat yoldaşından danışdı like
  • 31 Okt 08:21  
Şou-biznes İlk dəfə keçmiş həyat yoldaşından danışdı

Müğənni Xatun Əliyeva keçmiş həyat yoldaşı, oğlu Adilin atasından dan

arrow Ətraflı
Bağınıza bircə dənə əkin: İlan və siçan yolunu dəyişdirəcək like
  • 31 Okt 08:08  
Digərləri Bağınıza bircə dənə əkin: İlan və siçan yolunu dəyişdirəcək

Cənubi Afrikadan gələn bu bənövşəyi çiçəkli bitki təkcə gözəlliyi

arrow Ətraflı
400 min kilometr yolu “gözüyumulu” qət edən ən dözümlü avtomobillər açıqlandı like
  • 31 Okt 07:07  
Digərləri 400 min kilometr yolu “gözüyumulu” qət edən ən dözümlü avtomobillər açıqlandı

Artan iqtisadi qeyri-sabitlik və avtomobil qiymətlərindəki kəskin bahalaşm

arrow Ətraflı
Bu məhsulların tərkibində yod var  Yeməyəndə əqli gerilik yaradır like
  • 31 Okt 06:06  
Digərləri Bu məhsulların tərkibində yod var Yeməyəndə əqli gerilik yaradır

"Qeyri-dəniz mənbələrindən də yod əldə etmək mümkündür"

arrow Ətraflı
Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş... like
  • 31 Okt 05:05  
Digərləri Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş...

Mayonez dünyanın ən çox istifadə olunan souslarından biridir. Onu salatlar

arrow Ətraflı
Yeni yarasa koronavirusu tapıldı  Alimlər xəbərdarlıq etdi like
  • 31 Okt 04:04  
Digərləri Yeni yarasa koronavirusu tapıldı Alimlər xəbərdarlıq etdi

Braziliyada aparılan araşdırmalar zamanı Covid-19 və MERS virusları ilə g

arrow Ətraflı
Bu xəstəliyi olanlar hər gün nar yesin! like
  • 31 Okt 03:03  
Digərləri Bu xəstəliyi olanlar hər gün nar yesin!

Narın tərkibindəki güclü antioksidant birləşmələr - polifenollar, antos

arrow Ətraflı
Kişilər üçün bir fincan kakaonun inanılmaz FAYDASI like
  • 31 Okt 02:02  
Digərləri Kişilər üçün bir fincan kakaonun inanılmaz FAYDASI

Bir fincan isti kakao idman edə bilməyən kişilər üçün düşündüyünüz

arrow Ətraflı
Gənc oğlan idman zalında öldü like
  • 31 Okt 01:06  
Digərləri Gənc oğlan idman zalında öldü

Sumqayıtda gənc oğlan idman zalında ölüb.

arrow Ətraflı