"Art Weekend" çərçivəsində Bakıda "Paratetisin dörd dənizi" adlı incəsənət kruizi təşkil olunacaq VİDEO FOTO


Kriminal 30 Okt 2025 09:59:00 67 0

"Art Weekend" çərçivəsində Bakıda "Paratetisin dörd dənizi" adlı incəsənət kruizi təşkil olunacaq  VİDEO  FOTO

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək.

Son.az xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.

Festival çərçivəsində ən maraqlı proqramlardan biri, Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru, "Ekosfera" sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə tərəfindən məhz İncəsənət həftəsonu üçün hazırlanmış "Paratetisin dörd dənizi" adlı immersiv proqramdır. Bu proqram uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub, bir neçə məkan və istiqaməti birləşdirir. Firuzə Sultanzadənin sözlərinə görə, proqramın məqsədi yaradıcılığı, təhsili və ekoloji düşüncəni birləşdirərək gənc nəslin mədəniyyət və təbiətin əhəmiyyətini dərk etməsinə, eləcə də incəsənət vasitəsilə öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. Uşaqlar sadəcə tamaşaçı yox, həm də tamhüquqlu iştirakçılar olacaqlar.

Proqram iştirakçıları dörd "incəsənət limanı"ndan ibarət art-kruizə çıxacaqlar, burada musiqi, təsviri incəsənət, elm və tədqiqat "dalğaları" üzərindən səyahət edəcəklər. Hər məntəqədə onları maraqlı və fərqli proqramlar gözləyəcək.

Birinci liman - Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi olacaq. Burada iştirakçılara art-kruiz pasportları təqdim ediləcək və həmin pasportlarda ziyarət edilməli olan dörd məntəqə qeyd olunacaq.

"Burada qonaqlar elm atmosferinə düşəcəklər, müxtəlif ustad dərslərində iştirak edəcəklər, peşəkarlar, rəssamlar, heykəltəraşlar, landşaft dizaynerləri və alimlərlə birgə yaradıcılıqla məşğul olacaqlar, müxtəlif təcrübələr aparacaqlar. Məsələn, teatr maskaları hazırlayacaqlar, rəngləyəcəklər, dənizin səslərinə qulaq asacaqlar, balinalar və delfinlər haqqında öyrənəcəklər, su ilə bağlı problemləri araşdıracaqlar."

İkinci liman - Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin yaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi olacaq.

"Muzeydə uşaqlar rəssamlarla görüşəcək, onlara ekskursiya təşkil olunacaq. Bütün bu fəaliyyətlər interaktiv və immersiv xarakter daşıyacaq. Uşaqlara rəssamların suyu necə təsvir etdikləri, suyun bədii fikir vasitəsilə necə ifadə oluna biləcəyi izah ediləcək. Bundan başqa, sulu əsasda akvarel rəssamlığı üzrə ustad dərsləri keçiriləcək. Həmçinin monotypiya - çap qrafikasının bir növü olan texnika təqdim olunacaq. Bu texnikada təsvir rəssam tərəfindən yağlı və ya çap boyası ilə metal lövhə üzərinə çəkilir və daha sonra ofort dəzgahında nəm kağız üzərinə təzyiqlə köçürülür. Geniş zalda isə suya, təbiətin mühafizəsinə və dəniz sahilində yaşayan heyvanlara həsr edilmiş müxtəlif animasiya və sənədli filmlər nümayiş olunacaq."

Üçüncü liman - Azərbaycan Milli İncəsənət Muzeyinin yaxınlığında yerləşən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası olacaq.

"Filarmoniyada Əməkdar artist Eyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək. Onlar suya həsr olunmuş dünya və milli klassiklərin, eləcə də müasir müəlliflərin qısa əsərlərini təqdim edəcəklər. Uşaqlar bu musiqi nömrələrinə daxil olacaq, orkestr ilə birgə ünsiyyət quracaq, hətta dirijorluq da edəcəklər. İfaçılar əsərlər arasında uşaqların suallarını cavablandıracaq, musiqi alətləri və yaradıcılıq prosesi barədə danışacaqlar. Bu, immersiv teatr formasında təqdim olunacaq."

Nəhayət, dördüncü liman - Filarmoniyanın yaxınlığında, 6 nömrəli məktəbin qarşısındakı fəvvarəli açıq meydan olacaq.

"Yekun mərhələ üçün biz hətta şişmə hovuzlar və xüsusi yastıqlar da almışıq. Orada böyük kubiklər yerləşdiriləcək, uşaqlar bu səthlər üzərində strit-art sınayacaq, sulu əsaslı və silinən markerlərlə dənizlər və çaylarla bağlı təsvirlər yaradacaqlar. Burada Dövlət Kukla Teatrı ilə birgə xüsusi immersiv tamaşa təşkil olunacaq. Uşaqlar özləri ustad dərslərində düzəltdikləri kuklalarla çıxış edib nağıl danışacaqlar. Ən əsası isə dörd dənizə - Qara, Xəzər, Azov və Aral dənizlərinə xüsusi diqqət ayrılacaq. Hər biri öz xarakteri, tarixi və ekoloji problemi ilə təqdim olunacaq. Bütün bunlar assosiativ şəkildə göstəriləcək. Əminəm ki, bu proqram uşaqların yaddaşında uzun müddət qalacaq və onlar ətraf mühiti, yaradıcı insanları, musiqini, yaradıcılığın və ekologiyanın dünyanı qoruyan birləşdirici gücünü hər zaman xatırlayacaqlar."

Lənkəranda gecə davası  sərxoş qazilər iki nəfəri döydü like
  • 30 Okt 09:55  
Digərləri Lənkəranda gecə davası sərxoş qazilər iki nəfəri döydü

Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlı

arrow Ətraflı
Azərbaycan məşhurlarının dəbdəbəli həyatı  500 minlik ev, 220 minlik libas... like
  • 30 Okt 09:52  
Şou-biznes Azərbaycan məşhurlarının dəbdəbəli həyatı 500 minlik ev, 220 minlik libas...

Bahalı həyat tərzi ilə diqqət çəkən azərbaycanlı məşhurlar bəzən y

arrow Ətraflı
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi like
  • 30 Okt 09:44  
Digərləri Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün fəxri

arrow Ətraflı
Əfsanənin son görüntüləri like
  • 30 Okt 09:42  
Digərləri Əfsanənin son görüntüləri

Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı gəlin toyundan bir gün sonra vəf

arrow Ətraflı
Yağışda göz gözü görmürsə, belə edin  Az adamın bildiyi maraqlı üsul  VİDEO like
  • 30 Okt 09:38  
Digərləri Yağışda göz gözü görmürsə, belə edin Az adamın bildiyi maraqlı üsul VİDEO

Yağışlı hava şəraitində avtomobil idarə etmək buz və ya qar üzərind�

arrow Ətraflı
Dörd bürc üçün dönüş nöqtəsi: İlin ən güclü dövrü başlayır like
  • 30 Okt 09:31  
Digərləri Dörd bürc üçün dönüş nöqtəsi: İlin ən güclü dövrü başlayır

Bəzi bürclər üçün bu mövsüm bir dönüş nöqtəsi olacaq - sınaqlar, a

arrow Ətraflı
Yağıntılı hava nə vaxtadək davam edəcək? like
  • 30 Okt 09:20  
Digərləri Yağıntılı hava nə vaxtadək davam edəcək?

lkə ərazisində yağıntılı və küləkli hava davam edir

arrow Ətraflı
Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb  FOTO like
  • 30 Okt 09:12  
Digərləri Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Nə bağ, nə də torpaq tələb etmir: Bir dəfə ək, il boyu məhsul yığ like
  • 30 Okt 08:41  
Digərləri Nə bağ, nə də torpaq tələb etmir: Bir dəfə ək, il boyu məhsul yığ

Nə bağa, nə torpağa ehtiyac var... Sadəcə bir dəfə dibçəyə əkərək

arrow Ətraflı
Radiatorların arxasına boş cips paketi qoyun və fərqi görün like
  • 30 Okt 08:08  
Digərləri Radiatorların arxasına boş cips paketi qoyun və fərqi görün

Soyuq havaların başlaması ilə birlikdə həm temperatur aşağı düşür, h

arrow Ətraflı
3 addımla 45 kilo arıqladı: “İstədiyinizi yeyərək arıqlamaq mümkündür” like
  • 30 Okt 07:07  
Digərləri 3 addımla 45 kilo arıqladı: “İstədiyinizi yeyərək arıqlamaq mümkündür”

Arıqlamaq prosesi çox vaxt çətin və yorucu görünə bilər. Lakin düzgün

arrow Ətraflı
Həftədə ən azı 2 dəfə bu balığı yeyin  Həkim məsləhəti like
  • 30 Okt 06:06  
Digərləri Həftədə ən azı 2 dəfə bu balığı yeyin Həkim məsləhəti

Həkimlər bildirirlər ki, balıq orqanizm üçün ən vacib zülal və omeqa-3

arrow Ətraflı
Diş itkisi ölüm riskini artıra bilər  ARAŞDIRMA like
  • 30 Okt 05:05  
Digərləri Diş itkisi ölüm riskini artıra bilər ARAŞDIRMA

Yeni elmi araşdırma göstərib ki, diş itkisi yalnız estetik problem deyil,

arrow Ətraflı
Kif və tozu aradan qaldırır  Bu otaq bitkisi evinizdəki havanı təmizləyəcək like
  • 30 Okt 04:04  
Digərləri Kif və tozu aradan qaldırır Bu otaq bitkisi evinizdəki havanı təmizləyəcək

Mütəxəssislər bildirirlər ki, bəzi otaq bitkiləri yalnız dekorativ məqs

arrow Ətraflı