Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək


Siyasət 29 Okt 2025 12:24:00 102 0

Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 31-də Azərbaycanda ilk dəfə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunan "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək.

BTQ-dən Son.az-a verilən məlumata görə, tədbirdə Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcək.

Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.

Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər - etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək.

Eyni zamanda Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransdan bir gün əvvəl, oktyabrın 30-da xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda müzakirələr aparacaq, auditoriya üçün mühazirələr oxuyacaqlar.

Xatırladaq ki, 2019-cu ildə BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası (DRK), Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 min qarışıq nigahdan olan (metis) uşağın oğurlandığı və yerli icmalardan ayıraraq asimilasiya siyasətinə məruz qoyulduğu, soyqırımlara zəmin yaradıldığı vurğulanır. Hesabatda Belçikaya həqiqətlərin və faktların aşkar edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə edilir.

İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu like
  • 29 Okt 12:18  
Digərləri İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəf

arrow Ətraflı
Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı like
  • 29 Okt 11:59  
Digərləri Ər qazı söndürmədi, 26 illik evlilik sona çatdı

Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə

arrow Ətraflı
Zaura bahalı qızıl təsbeh hədiyyə göndərdilər like
  • 29 Okt 11:45  
Şou-biznes Zaura bahalı qızıl təsbeh hədiyyə göndərdilər

Tele-aparıcı Zaur Nəbioğluna maraqlı hədiyyə olunub.

arrow Ətraflı
Narkotacirlərə qarşı qanlı əməliyyat: 64 nəfər öldürüldü, 81 nəfər həbs edildi like
  • 29 Okt 11:31  
Dünya Narkotacirlərə qarşı qanlı əməliyyat: 64 nəfər öldürüldü, 81 nəfər həbs edildi

Braziliya tarixində ən böyük narkotik əməliyyatı həyata keçirilib.

arrow Ətraflı
Taksilərin rəngi dəyişir  Sürücülər narazıdır like
  • 29 Okt 11:20  
Digərləri Taksilərin rəngi dəyişir Sürücülər narazıdır

Sərnişin daşımalarında istifadə edilən avtomobillərin rəngi ağ və qı

arrow Ətraflı
Türkiyədə azərbaycanlı fəhlə faciəvi şəkildə öldü  FOTO like
  • 29 Okt 11:10  
Digərləri Türkiyədə azərbaycanlı fəhlə faciəvi şəkildə öldü FOTO

Türkiyənin Iğdır şəhərində tikinti sahəsində faciəvi hadisə baş ver

arrow Ətraflı
Ölüm xidmətə çevriləndə: Qərbin yeni etikası like
  • 29 Okt 11:04  
Siyasət Ölüm xidmətə çevriləndə: Qərbin yeni etikası

XXI əsrdə ölüm artıq tale hadisəsi deyil. O, seçimə çevrilib. Hüquqa.

arrow Ətraflı
KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə! like
  • 29 Okt 10:56  
Digərləri KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə!

2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümum

arrow Ətraflı
Filarmoniya bağı niyə bu hala düşüb?  FOTO like
  • 29 Okt 10:55  
Digərləri Filarmoniya bağı niyə bu hala düşüb? FOTO

Filarmoniya bağında su israfına diqqət çəkmək üçün sosial aksiya təş

arrow Ətraflı
Bakıda qadın həbsdə olan ərinə metamfetamin keçirmək istədi like
  • 29 Okt 10:25  
Digərləri Bakıda qadın həbsdə olan ərinə metamfetamin keçirmək istədi

Bakıda 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddəl�

arrow Ətraflı
Ağdərədə betonqarışdıran maşın aşdı, sürücü öldü like
  • 29 Okt 09:57  
Digərləri Ağdərədə betonqarışdıran maşın aşdı, sürücü öldü

Ağdərədə "HOWO" markalı yük maşını aşıb, sürücü ölüb.

arrow Ətraflı
Türkiyədə daha bir bina çökdü  7 nəfər uçqunda qaldı  FOTO like
  • 29 Okt 09:52  
Digərləri Türkiyədə daha bir bina çökdü 7 nəfər uçqunda qaldı FOTO

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə ba

arrow Ətraflı