Boyun qalınlığı bu ciddi xəstəliklərin əlamətidir
Digərləri 29 Okt 2025 01:01:00 86 0
Bədənimizin çox vaxt diqqətdən kənarda qalan bir hissəsi - boyun əslində sağlamlıq vəziyyətimiz haqqında mühüm məlumatlar verə bilər. Mütəxəssislər bildirirlər ki, boyun çevrəsinin normaldan daha qalın və ya incə olması potensial sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Boyun ölçüsü nə qədər olmalıdır?
Son.az xəbər verir ki, "BBC"nin məlumatına görə, Dehlinin ILBS Xəstəxanasının direktoru, professor Şiv Kumar Sari qadınlar üçün boyun ətrafının 33-35 santimetr, kişilər üçün isə 37-40 santimetr olmasının normal hesab edildiyini deyir.
Boyun qalınlığı bədən yağının miqdarı ilə birbaşa əlaqəlidir. Mütəxəssislərin fikrincə, qalın boyun piylənmə, yüksək xolesterol, yağlı qaraciyər, diabet və yüksək təzyiq kimi problemlərin xəbərçisi ola bilər.
Boyun niyə bu qədər vacibdir?
Hindistanın DY Tibb Kollecinin professoru Amitav Banercinin sözlərinə görə:
"Boyun bədəndə piylənmənin ən tez görünən bölgələrindən biridir. Qalın boyun artıq çəkinin artdığını və orqanizmin piylənmə istiqamətində dəyişdiyini göstərir."
Dr. Əhməd Elbedivi isə bildirir ki, "boyun ətrafındakı yağ" digər bölgələrdəki yağlardan fərqli olaraq metabolik cəhətdən aktivdir, yəni qan şəkərinə, təzyiqə və xolesterola təsir göstərir.
Qalın boyun hansı xəstəliklərin əlaməti ola bilər?
Dehlidəki Sir Ganga Ram Xəstəxanasının həkimi Mohsin Vali qeyd edir ki, qalın boynu olan insanların çoxunda metabolik sindrom, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riski yüksək olur. O əlavə edir:
"Belə hallarda xüsusi testlər aparılmalıdır. Qalın boyun həmçinin yuxu apnesinə səbəb ola bilər ki, bu da orqanizmin bərpa gücünü azaldır" .
Boyun çox qalındırsa nə etmək lazımdır?
Mütəxəssislər panikaya düşməməyi tövsiyə edir. Balanslı pəhriz, müntəzəm ürək-damar məşqləri, ağırlıq qaldırma və keyfiyyətli yuxu ümumi sağlamlığı yaxşılaşdırır və boyun ətrafındakı artıq piyin azalmasına kömək edir.
Normaldan daha incə boyun isə anemiya (qan azlığı) əlaməti ola bilər. Dr. Atreya Niharachandra qeyd edir ki, bu halda orqanizmə dəmir və vitamin əlavələri tələb olunur, bəzi hallarda isə qan köçürülməsi belə zəruri ola bilər.
Bəzi insanlarda doğuşdan səkkiz boyun fəqərəsi olur. Bu, çox vaxt təsadüfən aşkarlanır və sağlamlıq problemi yaratmasa da, bəzən əllərdə uyuşma və zəiflik hissinə səbəb ola bilər.
Boyun ön hissəsindəki şişkinlik, tiroid vəzinin böyüməsi - yəni zob - nəticəsində yaranır. Adətən ağrısız olur, lakin mütləq həkim müayinəsi tələb edir.
Araşdırmalara əsasən, qəhvə və çay istehlakı baş və boyun xərçəngi riskini azalda bilər.
Müğənni Xatirə İslam duet ortağı Rüfət Axundovun ona bağışladığı
İsrailin Qəzza şəhərinin cənubundakı Əl-Sabra rayonuna endirdiyi aviazə
Bəzi bürclər var ki, başqalarının ağrısını, kədərini öz qəlbində
Ev şəraitində tez-bazar hazırlaya biləcəyiniz şokoladlı asan rulet tortu
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəl�
İngiltərədə evli cütlüklər arasında maraqlı bir meyl yayılmağa başla
Onkoloq ağciyər xərçəngi riski yüksək olan üç qrup insanı açıqlayıb
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səm�
Aparıcı Zaur Kamal şair Cığatel İsaqızı və övladı Leyla Camalın oğl
Alkoqolun az miqdarı belə xərçəng yarada bilər.
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika
Əməkdar artist Nüşabə Ələsgərli Belçikada yaşayan qızı Nigarın art�
Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə n
