"Art Weekend" çərçivəsində Söz multidisiplinar mərkəzinin 3 layihəsi təqdim olunacaq
Kriminal 27 Okt 2025 18:21:00 65 0
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm İncəsənət Festivalı keçiriləcək.
Bu xəbəri də oxu: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub FOTO
Son.az xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.
Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.
Layihə çərçivəsində Söz multidissiplinar mərkəzinin yaradıcısı, şairə Nigar Həsənzadə tərəfindən üç maraqlı təqdimat keçiriləcək. Hər bir multidissiplinar proqram xüsusi olaraq bu festival üçün hazırlanıb və tədbirlər XX-XXI əsr Azərbaycan rəngkarlığı muzeyində baş tutacaq.
"Hamımız ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyan bu möhtəşəm festivalın başlanmasını səbirsizliklə gözləyirik. Komandamız adından hər kəsi bu unudulmaz təəssüratlarla yadda qalacaq böyük bayramın qonağı olmağa dəvət edirik,"- deyə Nigar Həsənzadə Trend-ə bildirib.
İlk tədbir 1 noyabr saat 18:00-da başlayacaq. Bu, "Savalan" və "Çardaq" qrupları tərəfindən etno-sufi musiqisi və melodramatik deklamasiya axşamı olacaq. Tədbir iştirakçılara unudulmaz emosiyalar bəxş edəcək. Vokalçıların duyğulu səsləri, böyük şərq şairlərinin sehrli misraları və canlı instrumental musiqi unikal atmosfer yaradacaq.
İkinci tədbir 2 noyabr saat 17:00-da keçiriləcək və burada Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdləri çıxış edəcək. Bu proqram Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən ilhamlanıb. 45 dəqiqəlik uşaq proqramında rəqs, musiqi, vokal, deklamasiya, bədii gimnastika və aktyorluq sənəti nümayiş olunacaq. Gənc nəslin səmimiyyətinə, enerjisinə və istedadına heç bir tamaşaçı biganə qalmayacaq.
Və nəhayət, 2 noyabr saat 18:00-da beynəlxalq poeziya axşamı baş tutacaq. Tədbirə dünyanın tanınmış şairləri - Manuel Ayris (ABŞ), Luis Felipi Sarmentu (Portuqaliya), Həsən Nacmi (Mərakeş) və Ataol Bəhramoğlu (Türkiyə) dəvət olunublar. Xarici şairlərlə yanaşı, Azərbaycan poeziyasının ustadları - Vahid Əziz, Sabir Rüstəmxanlı və Vaqif Bəhmanlı da çıxış edəcəklər.
Giriş sərbəstdir. Qeydiyyat üçün bu ünvana daxil ola bilərsiniz: https://bakuartweekend.az/az/register
/Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında kinomuzun unudulm
"Bolmart" mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tə
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının və Milli Elmlər Akade
Xalq artisti Naibə Allahverdiyeva canlı efirdə göz yaşlarını saxlaya bilm
"Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiy
Artıq 25 gündür davam edən federal hökumətin bağlanması ABŞ-da hava sə
Oktyabrın 28-də Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Hə
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layih
Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərb�
Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya səfəri zamanı geyindiyi
Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin d
Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı olan Laləzar Əliyevanı
