“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...”


Digərləri 27 Okt 2025 14:40:00 66 0

“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...”

Bakıda sürücülər arasında qalmaqal: hadisə qarajda baş verib.

Son.az xəbər verir ki, Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə yaşanıb.

İnsident oktyabrın 9-da onun yaşadığı binanın qarajında baş verib. Bu barədə qafqazinfo.az-a H. Əsgərli müraciət edib.

Onun iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub. Qardaşı N.Əsgərlinin döyüldüyü hadisənin görüntülərini saytımıza təqdim edən şikayətçi qeyd edib ki, mübahisə onlara məxsus avtomobilin M.Sadıqovun maşınının buferinə toxunaraq cüzi zərər vurması üstündə başlayıb: "Həmin gün saat 22 radələrində yaşadığım Koveroçkin küçəsi, 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobilə xırda toxunmaqla zərər vurmuşuq. Hadisədə arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobilə xırda zərər dəyməsi ilə bağlı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Ona bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraq, bu məsələni qanunla həll edək. Lakin o, mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi".

Bundan sonra tərəflər görüşüb məsələni yerində aydınlaşdırmaq və maşına baxış keçirmək qərarına gəliblər. Dava-dalaş da həmin vaxt baş verib: "Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm, atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja enib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və DİN-in 102 xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib".

H.Əsgərli əlavə edib ki, atası ilə qaraja daxil olanda dava davam edirmiş: "Həmin şəxs söyüş və təhqirlərinə davam edirdi. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq, dəymiş zərəri də sığortadan alarsız. Bundan sonra Mirzə atama hücum edərək sinəsindən vurub itələdi, buferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq, Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam edirdi. Binanın komendantı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq".

“Özsüt”ü milyonlarla borca salan Rəhman Vəliyev işdən çıxarıldı like
  • 27 Okt 14:38  
Digərləri “Özsüt”ü milyonlarla borca salan Rəhman Vəliyev işdən çıxarıldı

Azərbaycanda restoran və kafe şəbəkələri ilə tanınan "Özsüt Azer

arrow Ətraflı
İbn Sinanın şəfa sirri: Qaraciyəri təmizləyir, sümükləri "daş" kimi edir like
  • 27 Okt 14:35  
Digərləri İbn Sinanın şəfa sirri: Qaraciyəri təmizləyir, sümükləri "daş" kimi edir

Təbiətin təqdim etdiyi şəfa mənbələri bir çox xəstəliyə qarşı təs

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub like
  • 27 Okt 14:30  
Siyasət Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub

Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətə

arrow Ətraflı
Bitkoin tarixi maksimumu yenilədi like
  • 27 Okt 14:30  
Digərləri Bitkoin tarixi maksimumu yenilədi

Oktyabrın 27-si səhər "Bitcoin"in (BTC) məzənnəsi 116.2 min doll

arrow Ətraflı
Rəisin işdən qovulmasının təfərrüatı  otağındakı mebellər xaricdən alınmışdı like
  • 27 Okt 14:22  
Digərləri Rəisin işdən qovulmasının təfərrüatı otağındakı mebellər xaricdən alınmışdı

Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri S

arrow Ətraflı
Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi like
  • 27 Okt 14:12  
Siyasət Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleya

arrow Ətraflı
"Bank Respublika"nın borcları artdı  Əmanətlər geri çəkildi like
  • 27 Okt 14:12  
Digərləri "Bank Respublika"nın borcları artdı Əmanətlər geri çəkildi

"Bank Respublika"nın borcları artıb, əmanətlər geri çəkilib.

arrow Ətraflı
İranda iki avtobus toqquşdu  Xeyli sayda yaralı var like
  • 27 Okt 14:05  
Dünya İranda iki avtobus toqquşdu Xeyli sayda yaralı var

İranda Tehran əyalətindəki xüsusi yolda iki avtobus toqquşub, 30-a yaxın

arrow Ətraflı
Aİ95 benzini ilə bağlı rəsmi məlumat yayıldı like
  • 27 Okt 14:00  
Digərləri Aİ95 benzini ilə bağlı rəsmi məlumat yayıldı

Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azalıb.

arrow Ətraflı
Türkiyəli aktyorlar bölüm başına nə qədər qazanır? like
  • 27 Okt 14:00  
Şou-biznes Türkiyəli aktyorlar bölüm başına nə qədər qazanır?

Türkiyədə məşhur aktyorların bölüm başına aldığı məbləğlər aç�

arrow Ətraflı
Ən ağıllı iki BÜRC seçildilər  Yeni araşdırma like
  • 27 Okt 13:49  
Digərləri Ən ağıllı iki BÜRC seçildilər Yeni araşdırma

Astroloqların apardıqları zəka testi nəticəsində Dolça və Qız bürclə

arrow Ətraflı
Əxlaq polisi ləğv olundu, qadınlar küçədə belə əyləndilər  İrandan yeni görüntülər like
  • 27 Okt 13:42  
Dünya Əxlaq polisi ləğv olundu, qadınlar küçədə belə əyləndilər İrandan yeni görüntülər

İranda qadınlara qarşı məhdudlaşdırıcı təcrübələri ilə tez-tez xə

arrow Ətraflı
5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürdü  FOTO like
  • 27 Okt 13:34  
Digərləri 5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürdü FOTO

Rusiyada 5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürüb

arrow Ətraflı
Tramp Rusiyaya yeni sanksiya tətbiq edə bilər like
  • 27 Okt 13:25  
Dünya Tramp Rusiyaya yeni sanksiya tətbiq edə bilər

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiy

arrow Ətraflı
Vəzifəli şəxs vəfat etdi like
  • 27 Okt 13:21  
Digərləri Vəzifəli şəxs vəfat etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin

arrow Ətraflı