“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Digərləri 27 Okt 2025 12:03:00 78 0
"MTN işi" üzrə zərərçəkənlərdən biri - İbrahim Zeynalovun adına ödənilmiş 560 min manatlıq məbləğ ətrafında qalmaqal böyüyür.
Bu xəbəri də oxu: Bakıda restoran yanır
Son.az xəbər verir ki, əldə etdiyimiz rəsmi sənədlər göstərir ki, həmin məbləğ Nərimanov Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində "Yelo Bank"ın balansdan kənar hesabına köçürülüb və bu əməliyyatın heç bir məhkəmə qərarı ilə hüquqi əsası olmayıb.
Qanunsuz köçürülən 560 min manat
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən sabiq MTN generalı Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından əldə edilən pullar zərərçəkmişlər arasında bölüşdürülməli idi. Bu qərara əsasən, zərərçəkən İbrahim Zeynalovun payına 560 min 302 manat düşüb.
Ancaq həmin məbləğ Zeynalovun şəxsi hesabına deyil, "Yelo Bank"ın hesabına köçürülüb. Rəsmi sənədlərdə bu köçürmənin "kredit ödənişi" kimi rəsmiləşdirildiyi göstərilib. Vəsait bankın balansdankənar hesabına yönləndirilib.
Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov 27 avqust 2025-ci il tarixli məktubunda "Yelo Bank"ın rəhbərliyinə bildirir ki, 560 min 302 manatın bank hesabına köçürülməsi barədə heç bir məhkəmə qərarı mövcud deyil.
Sənəddə qeyd olunur ki, vəsaitin qanunsuz köçürülməsi barədə iddia Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə təsdiqlənib və həmin qərar qanuni qüvvəyə minib.
İcra şöbəsi bankdan vəsaitin geri qaytarılmasını xahiş edib, hətta bank tərəfindən məbləğin məhkəmə qərarı qüvvəyə minərsə, geri qaytarılacağına dair yazılı zəmanət məktubu da alıb.
"Yelo Bank" zəmanət verdi və pulu "yedi"
Sənədlər göstərir ki, məhz "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənovun imzası ilə icra şöbəsinə göndərilən cavab məktubunda məhkəmə qərarı olarsa, vəsaitin geri qaytarılmasına zəmanət verilir.
Bu ifadə faktiki olaraq bankın vəsaiti qaytarmağa razı olduğunu göstərir.
Lakin məhkəmə qərarı qüvvəyə mindikdən sonra "Yelo Bank" mövqeyini dəyişib, öz məktubundakı zəmanətdən boyun qaçırıb. Bank artıq bildirir ki, guya "İbrahim Zeynalovun borcu olduğu üçün vəsaitin qaytarılması mümkün deyil" - halbuki məhkəmə qərarı açıq şəkildə həmin köçürməni qanunsuz sayıb.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlav�
Türkiyə vətəndaşının dovğaya reaksiyası diqqət çəkib.
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsind
"60 yaşlı anama sual verirlər ki, 'bir də ərə gedərsiz?"
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüsey
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsi
Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyat etdirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürü
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv edilə
"Artıq 1 il 8 aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma n�
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşı
