“Neandertallar niyə yox oldu?” sualına yeni cavab
Digərləri 24 Okt 2025 21:50:00 88 0
Təxminən 40 min il əvvəl nəsli kəsilən Neandertalların yox olmasının səbəbi hələ də tam məlum deyil. Lakin son araşdırmalar bu qədim insanların yox olmasında müasir insanların (Homo sapiens) mühüm rol oynamış ola biləcəyini göstərir.
Bu xəbəri də oxu: Rus astroloqdan xəbərdarlıq: 1 noyabrda bu bürcün həyatı dəyişəcək!
Son.az xəbər verir ki, müxtəlif nəzəriyyələrə görə, Neandertalların yox olmasına ya Homo sapiens-lə aralarında baş verən qarşıdurmalar, ya da genetik və sosial fərqlər səbəb olub. Son ehtimala görə isə, bu fərqlər Neandertalları tədricən zəiflədərək məhv olmalarına gətirib çıxarıb.
Genetik tədqiqatlar göstərir ki, iki növ - Neandertallar və Homo sapiens - təxminən 45-50 min il əvvəl bir-biri ilə cütləşib. Hətta bu gün Afrikadan kənar yaşayan insanların genomunun təxminən 2 faizi Neandertallardan gəlir.
Lakin maraqlıdır ki, mitoxondrial DNT-də (yalnız anadan keçən genetik materialda) Neandertallara aid heç bir iz tapılmayıb. Bu da alimləri yeni suallar üzərində düşünməyə vadar edib.
Zürix Universitetindən Patrik Eppenberger və onun komandası bu sirri izah edə biləcək yeni bir nəzəriyyə irəli sürüb. Onların fikrincə, Neandertal ata və Homo sapiens ana tərəfindən yaranan bəzi qarışıq nəsillərdə (melezlərdə) genetik uyğunsuzluq səbəbindən hamiləlik uğursuz nəticələnə bilərdi.
Alimlər PIEZO1 adlı, qanda oksigen daşınmasında mühüm rol oynayan geni araşdırıblar. Onlar həm Neandertal, həm də müasir insan DNT-sində bu genin iki fərqli variantını - V1 və V2 - modelləşdiriblər.
Nəticədə məlum olub ki, Neandertal variantı (V1) oksigeni daha güclü bağlayır. Bu isə o deməkdir ki, V1 geninə sahib ana, V2 geninə sahib döl daşıyanda, plasenta vasitəsilə oksigen ötürülməsi çətinləşə bilər. Nəticədə, döl az oksigen alar, bu da böyümənin zəifləməsinə və ya düşüyə səbəb ola bilər.
Xalq artisti Eyyub Yaqubov "İncə səhər" verilişində qonaq olub.
"Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald
Əməkdar artist Dilarə Əliyeva efirdə kövrəlib.
Rusiyalı dietoloq və endokrinoloq Elvina Binatova geniş yayılmış 5 dəqiq�
Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq sarayların
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Türkiyə Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri davam edir. Xaric
Məşhur müğənni Qumral canlı efirdə küsülü olduğu qayınanası ilə ba
Son vaxtlar metroda gedişhaqqının artırılmasına rəğmən keyfiyyətin dah
Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada &q
Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli
Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl ray
