İnsultdan sonra başqa dildə danışmağa başladı FOTO
Digərləri 24 Okt 2025 18:00:00 82 0
Britaniyalı qadın insultdan sonra tayland aksenti ilə danışmağa başlayıb.
Bu xəbəri də oxu: Bu məktəbdə şagirdlər köçürülür Qurumdan AÇIQLAMA
Son.az xəbər verir ki, Britaniyalı Keti Uorren Türkiyənin Fethiye şəhərində istirahət zamanı insult keçirib və bundan sonra səsi tamamilə dəyişib.
Hadisə barədə "Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, 29 yaşlı qadın doğum gününü qeyd etməyə hazırlaşarkən qəfil güclü başgicəllənmə hiss edib və hərəkət qabiliyyətini itirib. Dostu dərhal təcili yardıma zəng edib və Keti xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun insult keçirdiyi müəyyən olunub.
Keti huşunu bərpa etdikdə bədəninin sol tərəfinin iflic olduğunu və səsinin dəyişdiyini görüb. Daha sonra həkimlər onda nadir rast gəlinən "xarici aksent sindromu" diaqnozu qoyublar. Bu xəstəlik zamanı insan insult və ya beyin travmasından sonra fərqli bir ölkənin aksenti ilə danışmağa başlayır.
Keti bildirib ki, əvvəllər saf britaniya tələffüzü ilə danışırdı, lakin indi səsi tayland aksentinə bənzəyir. O bunu anasının taylandlı olması ilə əlaqələndirir.
Bir ay Türkiyədə müalicə alan qadın daha sonra Böyük Britaniyaya qayıdıb, iki ay xəstəxanada və üç ay reabilitasiya mərkəzində qalıb. İndi o yenidən yeriyə bilir, lakin danışığı hələ də əvvəlki kimi deyil.
İsmayıl Son.az
Bakcell mobil operatorunun süni intellekt əsaslı lotereyasında 3-cü avtomob
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Ukrayna Prezidenti
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar
Xalq artisti Röya Ayxanın ailəsi ilə bağlı maraqlı görüntülər sosial
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edil
Məşhur rus astroloq Tamara Qloba bildirib ki, 1 noyabrdan etibarən Tərəzi
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyekt
Ağıllı saatların əsas məqsədi təkcə vaxt göstərmək deyil, həm də g
2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 man
Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlə
Xalq artisti Yaşar Nurinin müğənni və aparıcı qızı Ülkər Yaşar &qu
Milli Məclisdən AQC sədrinə təbrik – “Şəffaf iqtisadi münasibətlər
İstanbulda gözlənilən güclü leysan yağışına görə məktəblərin bu
