Azərbaycan və Özbəkistan muğam ifaçılarının birgə konserti keçirilib FOTO
Kriminal 23 Okt 2025 14:37:00 63 0
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Özbəkistan muğam ifaçılarının birgə konserti keçirilib.
Bu xəbəri də oxu: “Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib FOTO
Konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor Nodirbek Seyfullayev çıxış ediblər.
Sahib Paşazadə diqqətə çatdırıb ki, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Nodirbek Seyfullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında 2024-cü ildə imzalanmış birgə əməkdaşlıq haqqında memorandumuna əsasən Bakıya gəliblər. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan sənət xadimlərinin görüşləri, musiqiçilərin təcrübələrini bölüşmə məqsədilə birgə konsertlər və ustad dərsləri təşkil edilib. Səfərin yekunu olaraq BMM-də iki qardaş ölkənin musiqiçilərinin birgə konserti təqdim edilir. Direktor həmçinin əlavə edib ki, xalqlarımız arasında mövcud olan möhkəm və sarsılmaz dostluq münasibətləri tarixi qardaşlığımızın rəmzidir. Azərbaycan və Özbəkistan musiqiçiləri qarşılıqlı olaraq mədəniyyətimizə töhfələr verir və onu zənginləşdirir. Qarşılıqlı olaraq festivallarda hər iki ölkənin musiqiçiləri aktiv iştirak edir. Bir çox sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəniyyət sahəsində də çoxşaxəli əlaqələr inkişaf etməkdədir.
Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Nodirbek Seyfullayev xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu olduğunu qeyd edib. Rektor BMM-nin direktoru Sahib Paşazadənin Özbəkistanda keçirilən festivallarda uğurlu çıxışlarını, "Şərq Təranələri" Beynəlxalq Musiqi Festivalında ilk alət ifaçısı kimi Qran-Pri qazanmasını və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Fəxri professoru, Özbəkistanın mədəniyyət elçisi kimi fəaliyyətini yüksək dəyərləndirib. Daha sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyula

Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı 5 nömrəli R

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atmacalı

Xaçmazda yol bağlanması səbəbindən avtomobildə doğulan körpə dünyası

Xəbər veridyimiz kimi, mahnıya görə müğənnilər Mehriban Qənbərova və

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli

Bakının Qaradağ rayonunda avtomobildə partlayış olub.

"Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifad

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil mü�

Ötən gün Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsi

Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti

2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü ola

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarların

Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olan vitse-pre
