Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu
Digərləri 23 Okt 2025 12:06:00 92 0
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "AMAY" ticarət mərkəzində sahibkarla rəhbərlik arasında yaranan mübahisə məhkəmə qərarı ilə sahibkarın xeyrinə həll olunub.
Bu xəbəri də oxu: Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi FOTO
Son.az teleqraf-a istinadən xəbər verir ki, ümumi sahəsi 755 kvadratmetr olan ofisləri satın alan sahibkar uzun müddət ticarət mərkəzinin yaratdığı süni maneələrlə üzləşib.
İddiaya görə, rəhbərlik sahibkara qaz, işıq və su xətlərinin çəkilməsində qəsdən problemlər yaradıb və kommunal xidmətlərdən yalnız onların müəyyən etdiyi şərtlərlə istifadə etməyə icazə verəcəyini bildirib.
Sahibkar isə bununla razılaşmayaraq aidiyyəti dövlət qurumlarına müraciət edib və ofisləri üçün abonent kodu almağa çalışıb. Lakin qurumlar ticarət mərkəzindən razılıq məktubu tələb etdiyindən, rəhbərlik bu məktubu verməkdən imtina edib. Yarım milyon manata yaxın vəsait xərcləyən sahibkar iddia edib ki, 180 min manatdan artıq ziyana düşüb.
O, təmir etdirdiyi ofisləri kommunal təminat olmadığı üçün icarəyə verə bilməyib. Məsələ ilə bağlı sahibkar Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmə ticarət mərkəzi tərəfindən yaradılmış bütün maneələrin aradan qaldırılması və tələb olunan razılıq məktubunun sahibkara təqdim olunması barədə qərar çıxarıb. "AMAY" rəhbərliyi bu qərardan narazı qalaraq apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, "AMAY" ticarət mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.
Çinin ən böyük daşınmaz əmlak şirkəti təmizlik işçilərini robotlarl

Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi əra

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina

Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı �

Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı m

Azərbaycanda dabaq kimi iti yoluxucu virus xəstəliyi illərdir ki, heyvanlar�

Sosial şəbəkələrdə paylaşdığı videolar və məşhur restoranlar şəb�

ABŞ və İsrailin qarşısını alma mexanizmindən çıxmasından sonra İran�

"Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyana

Müğənni Nüşabə Musayeva açıqlaması diqqət çəkib

Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkə

Amerikanın "Apple" korporasiyası 2027-ci ildə ilk "iPhone&quo

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktu

Rusiyada qadın sevgilisini soyub pulları yeni sevgilisinə xərclədiyinə g�
