Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
Siyasət 22 Okt 2025 19:08:00 63 0
21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.
Bu xəbəri də oxu: Paşinyan Prezident İlham Əliyevə təşəkkür etdi
Son.az xəbər verir ki, dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.
Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.
Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər.
İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.
Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib. Son.az
Verilişlərin birində gözlənilməz hadisə baş verib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəx

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ə

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər s�

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri hə

Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" əfsanəsi əsasınd

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı

Türkiyəli tiktoker Aleyna Beyazgül Bakıya üz tutub.

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədovanın direk

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı ef

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma h
