Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib FOTO


Siyasət 22 Okt 2025 14:40:00 66 0

Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

Son.az xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi:

-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev "İstiqlal "ordenini Yaqub Eyyubova təqdim edərək dedi: Sizi təbrik edirəm.

Yaqub Eyyubov: Təşəkkür edirəm.

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi. O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: "Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".

"İstiqlal" ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi: "Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim".

Prezident İlham Əliyev: Çox sağ olun.

Bu görüntülərə görə məkanı bağladılar, işçini tutdular  VİDEO  FOTO like
  • 22 Okt 14:24  
Digərləri Bu görüntülərə görə məkanı bağladılar, işçini tutdular VİDEO FOTO

İstanbulun Taksim bölgəsində yerləşən "qorxu evi"ndə gənc qad

arrow Ətraflı
Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI like
  • 22 Okt 13:55  
Digərləri Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında

arrow Ətraflı
""Müğənni qız almaram" deyənlər cahildirlər" like
  • 22 Okt 13:54  
Şou-biznes ""Müğənni qız almaram" deyənlər cahildirlər"

Xalq artisti Röya Ayxanın xalası qızı Aygül Bayramova açıqlaması ilə d

arrow Ətraflı
Bu ölkədə ilk dəfə ağcaqanad aşkarlandı like
  • 22 Okt 13:41  
Dünya Bu ölkədə ilk dəfə ağcaqanad aşkarlandı

 İslandiyada ilk dəfə ağcaqanad aşkarlanıb.

arrow Ətraflı
Metroda səsküy salan şəxslə bağlı araşdırma aparılır like
  • 22 Okt 13:30  
Digərləri Metroda səsküy salan şəxslə bağlı araşdırma aparılır

Ötən gün metronun Koroğlu stansiyasında insident baş verib. 

arrow Ətraflı
"Friends"in ulduzu uzun müddət sonra göründü  Tanınmaz halda like
  • 22 Okt 13:24  
Şou-biznes "Friends"in ulduzu uzun müddət sonra göründü Tanınmaz halda

"Friends" serialında Joey Tribbiani obrazı ilə milyonların sevimli

arrow Ətraflı
"Mehman məndən qatqat aşağı adamdır" like
  • 22 Okt 13:16  
Şou-biznes "Mehman məndən qatqat aşağı adamdır"

Meyxanaçı Ələkbər Yasamallı qalmaqallı açıqlama verib.

arrow Ətraflı
Faciəvi ölümü ilə hamını sarsıdan Ləmanın toyundan görüntülər like
  • 22 Okt 13:11  
Digərləri Faciəvi ölümü ilə hamını sarsıdan Ləmanın toyundan görüntülər

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaş

arrow Ətraflı
Zirzəmidən tapılan körpənin valideynləri hələ də axtarılır like
  • 22 Okt 13:07  
Digərləri Zirzəmidən tapılan körpənin valideynləri hələ də axtarılır

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər

arrow Ətraflı
“Apple” bu modelin istehsalını AZALDIR like
  • 22 Okt 13:00  
Digərləri “Apple” bu modelin istehsalını AZALDIR

"Apple" şirkəti "iPhone Air" modelinin istehsal planların

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 22 Okt 12:56  
Digərləri Sabah Bakıda yağış yağacaq

Azərbaycanda oktyabrın 23-də yağışlı keçəcəyi gözlənilir.

arrow Ətraflı
Zelenskidən mühim qərar: Hərbçilərini Türkiyəyə göndərir like
  • 22 Okt 12:50  
Dünya Zelenskidən mühim qərar: Hərbçilərini Türkiyəyə göndərir

Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər ölkələrə g�

arrow Ətraflı
Mehdiyevlərin bankı bağlanacaq?  RƏSMİ AÇIQLAMA like
  • 22 Okt 12:46  
Digərləri Mehdiyevlərin bankı bağlanacaq? RƏSMİ AÇIQLAMA

Bu ilin ilk 3 rübünün yekununda "Bank BTB" ASC-nin xalis zərəri 6

arrow Ətraflı
Bəşər Əsəd dövrünə aid gizli zindan AŞKARLANDI  Xameneinin şəkli də var... like
  • 22 Okt 12:30  
Dünya Bəşər Əsəd dövrünə aid gizli zindan AŞKARLANDI Xameneinin şəkli də var...

Suriyanın Homs əyalətinin şərqində yerləşən Əl-Məxrəm bölgəsində

arrow Ətraflı