Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? – Mühüm detal
Digərləri 20 Okt 2025 09:58:00 61 0
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində həbs qərarı verilməsindən sonra özü və ailə üzvləri haqda yeni və maraqlı məlumatlar üzə çıxır.
Bu xəbəri də oxu: Pəncərə kənarına duz və dəfnə yarpağı qoyurlar –
Son.az globalinfo.az-a istinadla xəbər verir ki, son günlər Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna Mehdiyeva da gündəmə gəlib.
Onun adı mediada müxtəlif mövzularda hallandırılır. Neçə illərdir Qalinanın erməni əsilli olması haqda iddialar dolaşır. Bu iddialar R.Mehdiyev vəzifədə olduğu dövrdən gündəmdədir. Amma hələ də qadının erməni olduğu isbatlanmır. Bəzi mənbələr onun gürcü, hətta yəhudi əsilli olduğunu söyləyir.
Məlumata görə, Qalina Yuryevna Ramiz Mehdiyevdən əvvəl başqa bir nikahda olub. Onun ilk həyat yoldaşının erməni milliyyətindən olduğu iddia edilir. Daha bir məlumat isə, Qalina Mehdiyevanın həmin nikahdan Levon Qurskaya ad-soyadlı bir oğul dünyaya gətirməsi ilə bağlıdır.
Digər mənbələrdə deyilir ki, Levon Qurskaya Ramiz Mehdiyevin qaynı oğludur.
Levon Qurskaya uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Levon Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Əldə etdiyimiz daha bir məlumata görə, Dövlət İmtahan Mərkəzi sədrinin müavini Namiq Babayev Ramiz Mehdiyevin qudası İsmayıl Sadıqovun qudasıdır və 30 ilə yaxındır müavin vəzifəsində çalışır.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AME-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli mü�

20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

Fransanın BFMTV telekanalı Luvr muzeyindəki oğurluğun görüntülərini yay

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

İlon Maskın sahibi olduğu "X" sosial şəbəkəsi istifadəçi adla

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları

Qış mövsümündə immun sistemini gücləndirmək üçün balıq istehlakı b

Dubaydan gələn "Emirates" şirkətinə məxsus "Boeing 747"

Krediti olan şəxslər vəfat etdikdə bəzilərinin borcu silinir, bəzilərin

Qara zirə yağı tərkibindəki timokinon adlı təsirli komponent sayəsində

Aparılan yeni tədqiqatlara görə, yollarda aqressiv davranışlara daha çox

Müasir paltaryuyan maşınların bir çoxunda özünü təmizləmə funksiyası

Xoruldamaq təkcə ətrafdakı insanlara narahatlıq yaratmır, həm də sizin y
