2001ci ildə milyarder idi – indi 5 kvadratmetrlik dükanda ayaqqabı təmiri edir
Digərləri 18 Okt 2025 22:41:00 92 0
24 il əvvəl Ankarada ayaqqabı fabriki olan Güven Söylemez, 2001-ci ildəki iqtisadi böhran nəticəsində bütün var-dövlətini itirir. Bir zamanlar 130 işçisi olan Söylemez, indi Nevşehirdə təxminən 5 kvadratmetrlik kiçik bir dükanda ayaqqabı təmiri ilə məşğuldur.
Bu xəbəri də oxu: Evinizdəki bu cihaz 6 soyuducu qədər elektrik sərf edir
Son.az xəbər verir ki, 1973-cü ildə hələ uşaq ikən atasının yanında ayaqqabı istehsalına başlayan Söylemez, illər içində ustalıq səviyyəsinə qədər yüksəlir. Qısa zamanda Ankarada xüsusi hazırlanmış ayaqqabılar istehsal edən böyük bir emalatxana qurur. İşlər böyüyür, sifarişlər artır və zavod formatına keçən müəssisədə 130 nəfərlik istehsal xətti formalaşır.
2001-ci ildəki iqtisadi böhran zamanı sifarişlər kəskin azalır, sektor daralır və Söylemez bütün sərvətini itirir. O, peşəsini tərk etmir, bir müddət Kayseridə çalışdıqdan sonra Nevşehirdə kiçik bir təmir dükanı açır.
Hal-hazırda kiçik iş yerində tək başına həm təmir, həm də əl istehsalı ayaqqabı hazırlayır.
Usta çəkməci, keçmişini belə xatırlayır: "1990-cı illərdə iki dəzagahlı emalatxanadan böyük fabrikə çevrildik. 1997-dən bəri şagird öyrətmirəm"
Söylemez deyir ki, sektor artıq köhnə günlərindəki kimi deyil:
"Sonuncu dəfə şagirdimi 1997-ci ildə usta etmişəm. O vaxtdan bəri bu sənəti öyrənmək istəyən olmayıb. İndi bazarda peşəkar usta qıtlığı var, buna görə də avtomatlaşma kəskin şəkildə artıb. Amma unutmaq olmaz ki, bu iş həm də bir sənətdir."
Lalə Qüdrətova Son.az
Yük maşınlarının sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin

Xalq artisti Gülyanaq Məmmədova bacısı Gülyaz Məmmədovanın kçmiş həy

Gündəlik həyatda milyonlarla insan çay və qəhvəni qaynar halda içir, lak

Son dövrlərdə elektrik xərcləri bir çox ailənin büdcəsini çətinləşd

Kanal D-nin hər həftə reytinqlərdə zirvədə olan məşhur serialı "E

Aparıcı Kamilə Babayeva atasının ikinci evliliyindən danışıb.

Nar - əsrlər boyu əfsanə və xalq inancları ilə əhatə olunmuş bir meyv�

"Visualcapitalist" tərəfindən hazırlanmış yeni infoqrafika düny

"Meta" şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək m�

ABŞ-nin Miçiqan ştatında üç yaşlı Kodi Ceyms Uilyams epilepsiya tutması

Xalq artisti Ağadadaş Ağayev üçüncü həyat yoldaşından danışıb.

Şahzadə Endryu Bukingem Sarayının açıqlamasına görə, York hersoqu və d

Muğam ifaçısı Səbinə Ərəbli izləyicilərindən birinin ona yazdığı m

"Tarixi Ermənistan bizə deyir ki, dövlətinizi tarixi Ermənistanın bir
