Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub


Siyasət 18 Okt 2025 01:06:00 91 0

Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.

Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.

Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən "Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü" barelyefi və bazilikanın nekropolundakı "Tullius Zetus" məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb.

Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib. Son.az 

Pərvinə ad günündə böyük sürpriz EDİLDİ like
  • 18 Okt 01:05  
Şou-biznes Pərvinə ad günündə böyük sürpriz EDİLDİ

Aktrisa Pərvin Abıyevaya ad günündə böyük sürpriz edilib.

arrow Ətraflı
Yeni il gecəsi bu müğənnilər konsertdən like
  • 18 Okt 01:01  
Şou-biznes Yeni il gecəsi bu müğənnilər konsertdən

Yeni ilin qarşılanması ərəfəsində türkiyəli məşhurların səhnə qono

arrow Ətraflı
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər like
  • 18 Okt 01:00  
Siyasət Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

arrow Ətraflı
Azərbaycanlı alim ABŞdə yüksək vəzifəyə təyin olundu like
  • 18 Okt 00:50  
Digərləri Azərbaycanlı alim ABŞdə yüksək vəzifəyə təyin olundu

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yük

arrow Ətraflı
Məşhur markanın avtomobilləri yolda alışır: Minlərlə maşın geri çağırılır like
  • 18 Okt 00:46  
Digərləri Məşhur markanın avtomobilləri yolda alışır: Minlərlə maşın geri çağırılır

Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səb

arrow Ətraflı
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür like
  • 18 Okt 00:04  
Digərləri Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsind

arrow Ətraflı
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ötür like
  • 18 Okt 00:02  
Digərləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il ötür

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.

arrow Ətraflı
Günün qoroskopu: Enerjiniz bir qədər zəif ola bilər like
  • 18 Okt 00:01  
Digərləri Günün qoroskopu: Enerjiniz bir qədər zəif ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Oğru banka silahla girdi, amma like
  • 17 Okt 23:37  
Digərləri Oğru banka silahla girdi, amma

Rusiyanın Novokuznetsk şəhərində qeyri-adi silahlı qarət hadisəsi baş v

arrow Ətraflı
Mehriban Əliyevanın Vatikan şəhərdövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub like
  • 17 Okt 23:30  
Siyasət Mehriban Əliyevanın Vatikan şəhərdövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba

arrow Ətraflı
Azərbaycanlıların sevimli mürəbbəsi ilə bağlı həkimdən xəbərdarlıq like
  • 17 Okt 23:24  
Digərləri Azərbaycanlıların sevimli mürəbbəsi ilə bağlı həkimdən xəbərdarlıq

Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb like
  • 17 Okt 23:20  
Siyasət Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

arrow Ətraflı