Bakıda Müalicə mərkəzində narkotik satılır? Rəsmi CAVAB
Digərləri 16 Okt 2025 15:17:00 93 0
Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbə sakinləri gündüzlər qorxudan evdən bayıra çıxa bilmədiklərini, gecələr isə vahiməli qışqırtılardan mənzillərində rahatlıq tapmadıqlarını iddia edirlər.
Bu xəbəri də oxu: Mürəbbə və konservləri soyuducuda saxlamaq faydalıdır, yoxsa zərərli?
Son.az-ın məlumatına görə, Xəzər TV-yə danışan Biləcəri 16 küçəsinin sakinləri bildiriblər ki, bir ildir məhəllədə narkotik asılılığından əziyyət çəkənlər üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi onların rahatlığını pozub.
Vətəndaşların sözlərinə görə, gecələr mərkəzdən müalicə alan xəstələrin məhəlləyə qaçıb qışqırması və dava-dalaşı artıq adi hala çevrilib: "Səs-küy olur. Spirtli içki qəbul edirlər. Hər gün içki butulkalarını süpürürəm. Narkoloji dispanser adı ilə fəaliyyət göstərən mərkəz bu gün narkotik satışı edir".
Reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üçmərtəbəli villa sahibinin nəvəsi isə bildirib ki, sözügedən mərkəzi atası işlədir və iddia olunanların hamısı yalandır.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli isə qeyd edib ki, reabilitasiya mərkəzinin fəaliyyətinə aidiyyəti dövlət qurumları ilə birgə xüsusi diqqət göstərilir: "Daxil olunan bütün müraciətlər, sorğular, iddialar yoxlanılır. Sözügedən mərkəzlə bağlı iddialar araşdırılıb və hər hansı əsaslı sübut müəyyən olunmayıb".
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede&qu

Oktyabr ayı bəzi bürclər üçün emosional gərginlik, qərarsızlıq və d�

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ş

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı i

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa

Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz
