Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşada olublar
Digərləri 15 Okt 2025 20:39:00 88 0
"İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusunda 3-cü Milli Şəhərsalma Forumunun iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olublar.
Bu xəbəri də oxu: Toxunulmaz şəxs yoxdur! Deputatlar Mehdiyevin həbsindən danışdı
Son.az Trend-ə istinadən xəbər verir ki, Şuşa şəhəri ilə tanışlıq ilk inşa edilən yaşayış kompleksi ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib. O bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhəri, o cümlədən tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
"Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.
İnfrastruktur layihələri həyata keçirilib, 23 binadan ibarət ilk yaşayış kompleksi istifadəyə verilib və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir", - A. Kərimov əlavə edib.
Qonaqlar sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natavanın güllələnmiş heykəlləri olan mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi və qala divarları ilə tanış olublar. Son.az
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Afaq Bəşirqız 70 illik yub

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan

"Şəkərdən imtina bədəni daha enerjili edir".

Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılova ilə bağlı gözlənil

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara arasında g

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğla

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci m�

Məşhur türkiyəli aktrisa İrem Helvacıoğlu körpəsini qucağına alıb. A

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirliklə

Xalq artisti Sərxan Sərxan uzun aradan sonra görüntüsü yayılıb.

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə s

Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda böyük zərgərlik

Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

Binəqədi rayonunun bəzi ərazilərində "Tbilisi prospekti" orta t�
