Prezident III Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 15 Okt 2025 12:41:00 66 0

Prezident III Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən III Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə qeyd olunur:

"Hörmətli Forum iştirakçıları!

Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı münasibətilə salamlayıram. Xankəndi şəhərinə xoş gəlmisiniz.

Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır.

BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Builki Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.

Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu.

Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. "Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır.

2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.

Bir daha hamınızı Azərbaycanda salamlayır, Forumun işinə uğurlar diləyirəm".

Azərbaycanlı "qanuni oğru" Rusiyada həbs edildi  FOTO like
  • 15 Okt 12:37  
Digərləri Azərbaycanlı "qanuni oğru" Rusiyada həbs edildi FOTO

Rusiyanın Voloqda vilayət məhkəməsi Azərbaycan Respublikasının 54 yaşl�

arrow Ətraflı
Ramiz Mehdiyev YAPdan çıxarılacaq like
  • 15 Okt 12:33  
Siyasət Ramiz Mehdiyev YAPdan çıxarılacaq

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.

arrow Ətraflı
Yeni “Moskviç” belə olacaq  FOTO like
  • 15 Okt 12:30  
Digərləri Yeni “Moskviç” belə olacaq FOTO

"Moskviç" yeni M70 krossoverinin istehsalına hazırlaşır.

arrow Ətraflı
Tramp: “Putin Ukrayna müharibəsini bitirmək istəmir” like
  • 15 Okt 12:24  
Digərləri Tramp: “Putin Ukrayna müharibəsini bitirmək istəmir”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukray

arrow Ətraflı
Sabiq başçı Mehdiyevi təbrik etdi  "Məni 12 il işsiz qoymağın...” like
  • 15 Okt 12:14  
Digərləri Sabiq başçı Mehdiyevi təbrik etdi "Məni 12 il işsiz qoymağın...”

"Ağsaqqalı" təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qo

arrow Ətraflı
Murat Bozdan ürək sızladan like
  • 15 Okt 12:12  
Şou-biznes Murat Bozdan ürək sızladan

Türkiyənin məşhur müğənnisi Murat Boz Malatya konsertindən sonra etdiyi

arrow Ətraflı
Azərbaycanda "halal faizsiz kredit"lər olacaq  Bəs necə veriləcək?  AÇIQLAMA like
  • 15 Okt 12:05  
Digərləri Azərbaycanda "halal faizsiz kredit"lər olacaq Bəs necə veriləcək? AÇIQLAMA

Azərbaycanda şəriət normalarına uyğun fəaliyyət göstərən İslam bankl

arrow Ətraflı
Bakıda "göydən taxta yağdı”, maşınlar zədələndi like
  • 15 Okt 12:02  
Digərləri Bakıda "göydən taxta yağdı”, maşınlar zədələndi

Bakının Nəsimi rayonunda baş verən hadisə sürücüləri çətin vəziyyə

arrow Ətraflı
Müasir qida əlavələrinin Qadın sağlamlığında rolu like
  • 15 Okt 12:00  
Digərləri Müasir qida əlavələrinin Qadın sağlamlığında rolu

Parlaq yaşamaq istəyən hər kəs üçün qapılarını açan və qadın sağl

arrow Ətraflı
Mehdiyevlərin bankı yalan məlumat yayıb  Gizlətməyə çalışırlar? like
  • 15 Okt 11:55  
Digərləri Mehdiyevlərin bankı yalan məlumat yayıb Gizlətməyə çalışırlar?

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 3-cü rübü üçün

arrow Ətraflı
Rusiyada palma yağının istifadəsi qadağan edilir like
  • 15 Okt 11:50  
Dünya Rusiyada palma yağının istifadəsi qadağan edilir

Rusiyada palma yağının istifadəsinə məhdudiyyət qoyula bilər.

arrow Ətraflı
Toxunulmaz şəxs yoxdur!  Deputatlar Mehdiyevin həbsindən danışdı like
  • 15 Okt 11:42  
Digərləri Toxunulmaz şəxs yoxdur! Deputatlar Mehdiyevin həbsindən danışdı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, aka

arrow Ətraflı
Erməni kilsəsində qalmaqal  Daha bir keşiş saxlanıldı like
  • 15 Okt 11:41  
Dünya Erməni kilsəsində qalmaqal Daha bir keşiş saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanları daha bir din xadimi, Priest Pareni sa

arrow Ətraflı
"300 min ziyan vurulub bizə"  Sədərəkdə nə baş verir? like
  • 15 Okt 11:39  
Digərləri "300 min ziyan vurulub bizə" Sədərəkdə nə baş verir?

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin ətrafınd

arrow Ətraflı
Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR like
  • 15 Okt 11:36  
Digərləri Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidm�

arrow Ətraflı