78 yaşında vəfat edən Ramiz Quliyev kimdir?


Kriminal 15 Okt 2025 10:46:00 72 0

78 yaşında vəfat edən Ramiz Quliyev kimdir?

Xəbər verdiyimiz kimi,  bu gün Azərbaycanın xalq artisti, görkəmli tarzən Ramiz Quliyev vəfat edib. 

Son.az xalq artisti haqqında məlumatlar təqdim edir:

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində dünyaya gəlib. O, musiqiyə çox gənc yaşlarında maraq göstərib və 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, daha sonra isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.

1964-1969-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alan Quliyev sənət yoluna "Şur" xalq çalğı alətləri ansamblında başlamış, gənc yaşlarından festivallarda, müsabiqələrdə Azərbaycan musiqisini təmsil etmişdir.

O, yarım əsrdən artıq fəaliyyəti ərzində Azərbaycanın ən tanınmış tar ifaçılarından biri kimi ad qazanıb. Ramiz Quliyev Türkiyə, ABŞ, Fransa, İngiltərə, İsrail, Norveç, Hindistan, Kanada, İran və daha bir çox ölkələrdə konsertlər verib, muğam sənətini və milli musiqimizi beynəlxalq səviyyədə tanıdıb.

Sənətkar həm də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında uzun illər müəllim kimi çalışıb, yüzlərlə tələbənin yetişməsinə töhfə verib. Onun yetirmələri bu gün ölkənin aparıcı musiqi kollektivlərində və xarici səhnələrdə fəaliyyət göstərirlər.

Ramiz Quliyev Azərbaycan mədəniyyətinə və muğam sənətinə verdiyi xidmətlərə görə müxtəlif orden və fəxri adlarla təltif olunub. O, öz dövrünün musiqi ənənələrini qoruyub saxlayan, eyni zamanda yenilikçi ifa üslubu ilə seçilən sənətkar kimi yadda qalıb.

Xalq artistinin ifasında yüzlərlə muğam, xalq mahnısı və bəstəkar əsəri lentə alınıb, müxtəlif ölkələrdə DVD və audio disklər şəklində yayımlanıb.

Ramiz Quliyevin vəfatı Azərbaycan musiqi mədəniyyəti üçün böyük itkidir. Onun sənəti və pedaqoji irsi gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Allah rəhmət eləsin!

Fidan Son.az


Xəbərə aid fotolar

Hüseyn Həsənov yoxa çıxdı like
  • 15 Okt 10:43  
Digərləri Hüseyn Həsənov yoxa çıxdı

Rusiyada məşhurlaşmış azərbaycanlı bloger Hüseyn Həsənov təxminən ik

arrow Ətraflı
Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaq  Misir Mərdanovdan AÇIQLAMA like
  • 15 Okt 10:37  
Digərləri Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaq Misir Mərdanovdan AÇIQLAMA

Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, q

arrow Ətraflı
Ölümündən sonra ən yüksək mükafatla təltif edildi  FOTO like
  • 15 Okt 10:32  
Dünya Ölümündən sonra ən yüksək mükafatla təltif edildi FOTO

ABŞ prezidenti Donald Trump sağçı şərhçi Çarli Kirkə ölümündən sonr

arrow Ətraflı
Ürəktutmaların artmasının səbəbi bilindi  Hamı hər gün istifadə edir like
  • 15 Okt 10:20  
Digərləri Ürəktutmaların artmasının səbəbi bilindi Hamı hər gün istifadə edir

Plastik tərkibli maddələrin ürək fəaliyyətinə təsiri aşkarlanıb.

arrow Ətraflı
Tovuzda qatarın vuraraq öldürdüyü şəxsin adı bilindi like
  • 15 Okt 10:15  
Digərləri Tovuzda qatarın vuraraq öldürdüyü şəxsin adı bilindi

Tovuz rayonunda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

arrow Ətraflı
Qızılın qiyməti tarixi maksimumu yenilədi like
  • 15 Okt 10:08  
Digərləri Qızılın qiyməti tarixi maksimumu yenilədi

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində 2025-ci ilin deka

arrow Ətraflı
“Azneft”in baş direktoru işdən çıxarıldı like
  • 15 Okt 09:56  
Digərləri “Azneft”in baş direktoru işdən çıxarıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Bi

arrow Ətraflı
Metroda problem  Qatar tuneldə qaldı, sıxlıq yarandı like
  • 15 Okt 09:20  
Digərləri Metroda problem Qatar tuneldə qaldı, sıxlıq yarandı

Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" və "

arrow Ətraflı
Azərbaycanlı müğənni estetik əməliyyatla TANINMAZ HALA düşdü like
  • 15 Okt 09:15  
Şou-biznes Azərbaycanlı müğənni estetik əməliyyatla TANINMAZ HALA düşdü

Müğənni Kəmalə Qaramollayeva son günlər yeni imici ilə gündəmə gəlib

arrow Ətraflı
İki valyuta bahalaşdı  RƏSMİ like
  • 15 Okt 09:10  
Digərləri İki valyuta bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
"Ailəmi qayınanam dağıtdı" like
  • 15 Okt 08:41  
Şou-biznes "Ailəmi qayınanam dağıtdı"

"Pis qayınana deyildi. Amma ayrılmağımın səbəbkarı o oldu. Dedi ki,

arrow Ətraflı
Damarları təmizləyən “ürək meyvəsi”: Təbii stent təsiri göstərir like
  • 15 Okt 08:08  
Digərləri Damarları təmizləyən “ürək meyvəsi”: Təbii stent təsiri göstərir

Mütəxəssislər bildirir ki, qan damarlarını açan və qan axınını sür�

arrow Ətraflı
Türk adları Fransada populyarlaşdı – Fransız valideynlər körpələrinə ən çox bu adı qoyur like
  • 15 Okt 07:35  
Dünya Türk adları Fransada populyarlaşdı – Fransız valideynlər körpələrinə ən çox bu adı qoyur

Fransada son illərdə Türkcə adlara maraq sürətlə artır. Artıq bu adlar

arrow Ətraflı
Beş bürc həyatın sürprizi ilə qarşılaşacaq like
  • 15 Okt 07:07  
Digərləri Beş bürc həyatın sürprizi ilə qarşılaşacaq

Beş bürc əlaməti güclü bir ilham dalğası yaşayacaq: Kainat sürpriz haz

arrow Ətraflı