İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...
Digərləri 09 Okt 2025 04:04:00 83 0
Balaca görünüşünə baxmayaraq, zəngin qida tərkibi ilə küncüt təbiətin ən dəyərli nemətlərindən biri hesab olunur. Həm mətbəxdə, həm də qədim müalicə üsullarında geniş istifadə olunan küncüt, sağlamlıq üçün təbii güc mənbəyidir.
Bu xəbəri də oxu: 2 vəkilin fəaliyyəti dayandırıldı
Araşdırmalar bu kiçik toxumların təkcə dadverici deyil, həm də çoxsaylı faydalı təsirlərə malik olduğunu sübut edir.
Son.az xəbər verir ki, mütəxəssislər küncütün tərkibindəki sağlam yağlar, vitaminlər və antioksidantlar sayəsində immun sistemindən tutmuş sümük sağlamlığına qədər bədənin bir çox funksiyalarını dəstəklədiyini bildirirlər.
Prof. Dr. Ahmet Akçay susamın qida dəyərini belə izah edir: "Küncüt kalsium, maqnezium və fosforla zəngindir. Bu minerallar sümükləri möhkəmləndirir, osteoporoz (sümük əriməsi) kimi xəstəliklərin qarşısını alır. Tərkibindəki sesamin və sesamol antioksidantları isə hüceyrələri zərərli sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir".
Zəngin vitamin və mineral mənbəyidir
Küncütün tərkibində kalsium, dəmir, maqnezium, fosfor və sink kimi həyati vacib minerallar çoxdur. Həmçinin B qrupu vitaminləri (xüsusilə B1, B3 və B6) maddələr mübadiləsini gücləndirir, bədənə enerji verir.
Beyin fəaliyyətinə müsbət təsir göstərir
Tərkibindəki sağlam yağlar və lesitin sinir sistemini qoruyur, yaşla bağlı yaddaş zəifləməsinin qarşısını ala bilər. Omega-6 yağ turşuları sayəsində yaddaş və diqqəti artırır.
Ürək və damar sağlamlığını qoruyur
Küncütün tərkibində olan fitosterollar və lignanlar pis xolesterini (LDL) azaldır, yaxşı xolesterini (HDL) artırır. Antioksidantlar damar tıxanmasının qarşısını alaraq ürək sağlamlığını gücləndirir.
Sümük və oynaq sağlamlığını möhkəmləndirir
Küncüt kalsiumla zəngin ən güclü bitki mənbələrindən biridir. Bu, sümük əriməsinin qarşısını alır və sümük sıxlığını artırır. Maqnezium və fosfor sayəsində əzələləri və oynaqları dəstəkləyir.
Qansızlığın qarşısını alır
Dəmirin bol olması susamı dəmir çatışmazlığı anemiyası yaşayanlar üçün ideal edir. Xüsusilə üyüdülmüş və ya tahin formasında istehlak edildikdə, dəmirin sorulması daha da artır.
Həzm sisteminə kömək edir
Küncüt liflə zəngindir, bu isə bağırsaqların normal işləməsinə və qəbizliyin azalmasına yardım edir. Bağırsaq florasını dəstəkləyərək ümumi həzm sağlamlığını yaxşılaşdırır.
Dəri və saç üçün təbii dəstəkdir
Küncüt yağı dərini nəmləndirir, bərpa edir və sakitləşdirir. Antioksidantlar dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Saç dərisini qidalandıraraq tökülməni azalda bilər.
Küncütü necə istifadə etmək olar?
Səhər yeməyində tahin formasında
Salat və qatıq üzərinə səpərək
Çörək, simit və börəklərdə
Smoothie və enerji toplarında
Şorba və isti yeməklərə əlavə edərək
Küncütə qarşı allergiyası olan şəxslər diqqətli olmalıdır.
Lalə Qüdrətova Son.az
Soğan yalnız yeməklərə dad qatmaqla deyil, həm də sağlamlığa faydalar�

Vitamin və qida əlavələri bazarı hər il sürətlə böyüyür. Lakin orta

Bu gün səhər saatlarında aparılan əməliyyatda qan, sidik və saç nümun�

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Mus

Soyuğun sağlamlığa təsiri ilə bağlı məşhur mif təkzib edilib

Meyxanaçı Pərviz Bülbülə həbsdə olan həmkarı Rəşad Dağlıdan danı�

Ağıllı telefon istehsalçıları, ətraf mühiti qoruma siyasəti çərçivə

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin ke

Cinayətkar dəstə rəhbəri kimi tanınan və "Kölnün atası" (Kö

Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərlan Mustafayev vəzifəsin

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ö

Son.az 9 oktyabr üçün günün ulduz falını təqdim edir:

Darçının özünəməxsus cəzbedici ətri ilə hazırlanan darçınlı peçen

Bir neçə gün əvvəl vəfat edən əməkdar artist Cabir İmanovun dəfnində
