Həccə gedən anası ilə "WhatsApp"la danışmaq istədi, qonşunun yeznəsi pullarını oğurladı
Digərləri 23 Sen 2025 16:24:00 54 0
Həcc ziyarətində olan anası ilə "WhatsApp" vasitəsi ilə danışmaq istəyən şəxs oğurluğa məruz qalıb.
Bu xəbəri də oxu: Kamçatkada güclü zəlzələ oldu
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə həmin şəxsin qonşusunun evində olduğu zaman baş verib.
Z.G. qonşusu G.Q.-nın evinə gedərkən ikincinin yeznəsi E.R. də ora gəlib. Z.G. Məkkədə Həcc ziyarətində olan anası ilə "WhatsApp" tətbiqi ilə dnaışmaq istəyib. Lakin tətbiqin telefona necə endirildiyini bilməyib.
Qonşusunun yeznəsi bu məsələdə ona kömək edəcəyini deyərək telefonu Z.G.-dan alıb. O, Z.G.-nın telefonuna tətbiqi endirərkən fürsətdən istifadə edərək banklardan birinin mobil tətbiqinə daxil olub və Z.G.-nın kart hesabındakı 381,90 manat pulu öz kartına göndərib.
Hadisənin üzərindən bir qədər keçdikdən sonra G.Q.-nın yeznəsi yenə baldızının evində Z.G.-nın telefonunu alıb. Bu dəfə isə ona məxsus kart hesabından 199 manatı öz kartına yükləyib.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə E.R.-ya 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 ay 29 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəs

Müğənni Şəbnəm Tovuzlunun açıqlamaları müzakirələr yaradıb.

Bakının Nizami rayonundakı Kamil Əyyubov adına 12 nömrəli məktəbin dire

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham ol

Səhər saatlarında yola salınan növbəti köç karvanı Laçın şəhərinə

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bak

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BM

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan

Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı ba�

"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesa

"Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı

"Hansısa futbolçu ilə dost olmaq, şəkil çəkdirmək... Mən indiyə

"Bizimləsən" verilişinə üz tutan qadın müzakirələrə səbəb

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezid

"Aurus" brendi altında şirniyyat və kosmetika satışa çıxarılac
