Məhərrəmlə Siracın medalları ailələrinə təqdim edildi
Digərləri 27 Avq 2025 19:20:00 80 0
Azərbaycan müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhidlərimiz - jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində onların ailə üzvlərinə təqdim edilib.
Bu xəbəri də oxu: Duzlu yeməklər beyinə ciddi zərər vurur
Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir qrup media mənsublarının da iştirak etdiyi tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalist M.İbrahimov və operator S.Abışov xalqımızın yaddaşında daim fədakarlıq nümunəsi kimi qalacaq.
Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək

Ağdamda ağır xəsarətlər alan iki yaşlı uşaq xəstəxanaya yerləşdiril

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

Ukrayna hökuməti dövlət sərhədini keçmə qaydasını yeniləyib.

Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

Kazanda "Yeni dalğa 2025" beynəlxalq musiqi müsabiqəsi başa çat�

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sər

Xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə nəvəsi ilə maraqlı g

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətldə şübhəli bilinən şəxslə

Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su a

Ukraynada müharibədən qaçan qadın ABŞ-da qətlə yetirilib.

Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələb�

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.
