Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı FOTO


Digərləri 27 Avq 2025 16:20:00 79 0

Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı  FOTO

Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemi ilə tanış oluruq.

Bu xəbəri də oxu: BDYPİdən bu sürücülərə

Samsung smartfon və planşetləri artıq 10 ildən (bu sistem ilk dəfə 2013-cü ildə təqdim edilib) çoxdur ki, marka təhlükəsizlik platforması olan Knox-un, müdafiəsi altındadır. Portativ texnikalarda güclü qoruma protokollarına olan tələbat təbiidir:  smartfon oğurlana və ya yeni yüklənmiş proqram təminatı tərəfindən kiber hücuma məruz qala bilər ki, belə hallarda sizə məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski mövcuddur.

Lakin, Samsung mühafizə mövzularında yenilik edərək,  Knox  təhlükəsizlik sistemini həm də ağıllı televizorlarda da istifadə olunmansını təmin etmişdir. Əslində burada təəccüblənəcək heç nə yoxdur. Müasir TV -qonaq otağınızda yerləşən kompüterdir, belə ki, burada tam funksional brauzer, ağıllı ev ekosisteminə inteqrasiya və yüklənə bilən tətbiqlər mövcuddur. İnternet qoşulmasının olması, əlbəttə, çox faydalıdır, lakin bu qoşulmanın həm də kiber hücumlar üçün giriş nöqtəsi olması,  diqqət tələb edir. Belə ki, 2024-cü ilin əvvəlində 170 000-dən çox televizor və TV-konsoldan ibarət botnet haqqında geniş müzakirələr aparılmışdır. Digər məşhur botnet isə təxminən 200 000 cihazı əhatə edirdi. Və cihazların bir-biri ilə aktiv qarşılıqlı əlaqədə olması onlardan birinə hücum təşkil olunduğu halda, bütün ekosistemin risk altına salınması deməkdir.

Gəlin, Samsung Knox-un, mühafizə üçün hansı alətlərdən istifadə etdiyini, birlikdə araşdıraq.

Knox-un anatomiyası

Təhlükəsizlik platforması, aparat, proqram və servis kimi üç səviyyəli qorumadan ibarət olub, Samsung televizorlarında hərtərəfli müdafiəni təmin edir.

Knox loqosu - qalxan formasında labirint - çoxpilləli müdafiə prinsipini əks etdirir.

Aparat səviyyəsi.  Belə ki, zavod istehsalı mərhələsində televizorun çipinə dəyişməz açar - "rəqəmsal iz" tətbiq olunur. Hər yenilənmə zamanı Secure Boot mexanizmi işə düşərək, proqram təminatının imzasını bu digital iz ilə mərhələli şəkildə yoxlayır. Bu yoxlanış zamanı, proqram təminatının dəyişdirilməsi və ya kənar mənbələrlə əvəz edilməsi aşkarlanarsa "imza" zənciri qırılaraq, yüklənmədən imtina edirlir və həssas məlumatların qorunması təmin olunur. Yoxlama uğurla başa çatdıqda, prosessor TrustZone-u aktivləşdirir və özünü iki müstəqil "fəzaya" bölür. Ən həssas məlumatlar, o cümlədən çip daxilində yerləşən, nə proqram, nə də fiziki təsir ilə müdaxilə edilməsi mümkün olmayan - Knox Vault "seyfi" qorunan hissəyə yerləşdirlir. Samsung televizorları arasında bu qorunan yaddaş fəzası Neo QLED 8K modellərində mövcuddur. Əməliyyat sistemi və adi tətbiqlər isə burada "açıq" fəzada fəaliyyət göstərir. Qorunan seqmentdə yer alan tətbiqlər hər iki fəzanın resurslarına çıxış əldə edə bilər, lakin məlumat axınının əks istiqamətdə hərəkəti mümkün deyil. Bu səbəbdən də, hətta zərərli proqram təminatı istifadəçi hissəsinə hücum etsə belə, o nə həssas məlumatları oğurlaya, nə də sistem fayllarını dəyişdirə biləcək.

Proqram səviyyəsi. İstifadəçi və tətbiqlərə aid bütün məlumatlar müasir kriptoqrafik alqoritmlərlə şifrələnir. Açarlar isə qorunan yaddaşda saxlanılır.

Servis səviyyəsi. Bu səviyyədəki qoruma vasitələri zərərli kodun ümumiyyətlə cihaza düşməsinə imkan vermir. Daxili brauzer, keçid edilən sayt ünvanlarını bulud bazasındakı təhlükəli resurslarla müqayisə edən filtrə malikdir. Belə ki, şübhəli saytlar səhifə yüklənməmiş bloklanır. Həmçinin burada parolların, giriş açarlarının və digər mühüm məlumatların saxlanması üçün yaradılmış Samsung Pass xidməti mövcuddur. Belə ki, sistemdə yer alan bütün məlumatlar end-to-end şifrələmə üsulu ilə qorunaraq, hətta Samsung tərəfindən belə istifadə edilə bilmir. Bununla belə, smartfon, televizor və kompüterlər arasında sinxronizasiyanın təşkilinə maneə yaradılmır.

2023-cü ildə isə Samsung Knox Matrix-i təqdim etdərək, təhlükəsizlik səviyyəsini ayrıca cihaz çərçivəsindən, bütün ekosistem səviyyəsinə qaldırdı. Belə ki, Samsung smartfonları, televizorları və hətta məişət texnikası Trust Chain vasitəsilə bir-birini təhlükəsizlik baxımından yoxlaya bilər. Əgər zəncir iştirakçılarından biri hücuma məruz qalarsa, sistem dərhal onu ekosistemdən təcrid edərək, digər cihazların müdafiəsini təmin edir. Buna misal olaraq, hakerlər robot-tozsoranı və ya ağıllı soyuducunu (bəli, soyuducular da artıq ağıllıdır!) hədəf seçərsə, Knox Matrix həmin cihazı dərhal ekosistemdən ayırır.

Televizorda təhlükələrin olub-olmadığını smartfondan, smartfondakı vəziyyəti isə televizordan yoxlamaq mümkündür.

Əlavə olaraq Knox Matrix-ə aşağıdakılar daxildir:

Credential Sync funksiyası - cihazlar arasında sinxronizasiya zamanı istifadəçi məlumatlarını qoruyur. Cross Platform SDK alətləri - müxtəlif əməliyyat sistemləri olan qurğularda eyni yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.

Samsung televizorlarında Knox platformasının etibarlılığını beynəlxalq Common Criteria standartı sertifikatı təsdiq edir. 2024-cü ildə Samsung Knox-un təhlükəsizliyi ardıcıl olaraq onuncu dəfə bu sertifikatla təsdiq edilmişdir.

Bəs kvantların bu məsələ ilə bağlılığı nədir?

"Kvantlar" termini televizor dünyasında ən çox QLED (Quantum dot LED) texnologiyası ilə əlaqələndirilir. QLED ekranlarda kvant nöqtələrindən ibarət qat istifadə olunur ki, bu nöqtələr hər pikselin şüalanmasını formalaşdıraraq rəng diapazonunu genişləndirir və kontrastlığı artırır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Samsung QLED televizorları tərkibində toksik kadmium olmayan kvant nöqtələrindən istifadə edir. Belə ki, kanserogen material daha ekoloji fosfid indiumla əvəz olunub, bununla da diodların ömrü uzadılıb. Amma təhlükəsizlik çərçivəsində Samsung televizorlarının "kvantlarla" bağlılığı tamamilə başqa məna daşıyır - burada söhbət kvant kompüterlərindən gedir. Belə ki, gələcəkdə kvant kompüterləri ənənəvi şifrələmə alqoritmlərini asanlıqla aşa biləcək. Bu səbəbdən də Knox Matrix ekosistemində artıq post-kvant ML KEM alqoritmi istifadə olunur. Sözü gedən alqoritmlə ehtiyat nüsxələr və sinxronizasiya olunan parollar şifrələnir ki, məlumatlar super güclü kvant hesablamaları dövründə də yüksək səviyyədə qorunsun.

Knox-un üçpilləli qoruma sistemi və post-kvant alqoritmlərə keçid sayəsində Samsung adi televizoru təkcə bu gün deyil, gələcəkdə də yarana biləcək  təhlükələrə hazır olan etibarlı ev ekosisteminə çevirir.

Mənbə: https://rozetked.me/articles/39455-samsung-knox-zachem-televizoram-platforma-bezopasnosti-i-pri-chem-tut-kvanty

Tezliklə varlanacaq bürclər: Onlara böyük pul gələcək like
  • 27 Avq 16:05  
Digərləri Tezliklə varlanacaq bürclər: Onlara böyük pul gələcək

Astroloqların proqnozlarına görə, yaxın günlərdə bəzi bürclərin maliy

arrow Ətraflı
4cü “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının 2ci günü  FOTO like
  • 27 Avq 16:04  
Kriminal 4cü “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının 2ci günü FOTO

4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının 2-ci günü 2

arrow Ətraflı
"Spotify" istifadəçilərinə YENİLİK like
  • 27 Avq 15:35  
Digərləri "Spotify" istifadəçilərinə YENİLİK

"Spotify" artıq istifadəçilərə platforma daxilində birbaşa mesa

arrow Ətraflı
Rusiyada şəhər meri saxlanıldı like
  • 27 Avq 15:20  
Digərləri Rusiyada şəhər meri saxlanıldı

Rusiyanın Vladimir şəhərinin meri Dmitri Naumov saxlanılıb.

arrow Ətraflı
Tanınmış ekshakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim” like
  • 27 Avq 15:10  
Digərləri Tanınmış ekshakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim”

"Hakim işlədiyim dövrdə bir qərarı qəbul etmək mənim üçün çox

arrow Ətraflı
Pərvinin rəqsi müzakirələr yaratdı  VİDEO like
  • 27 Avq 14:50  
Şou-biznes Pərvinin rəqsi müzakirələr yaratdı VİDEO

Məşhur aktrisa Pərvin Abıyeva son günlərin trendinə qoşularaq paylaşdı

arrow Ətraflı
32 saatlıq fasiləsiz beyin əməliyyatı edən həkim daha bir VİDEO ilə gündəm oldu like
  • 27 Avq 14:35  
Digərləri 32 saatlıq fasiləsiz beyin əməliyyatı edən həkim daha bir VİDEO ilə gündəm oldu

Xəbər verdiyimiz kimi, Bakıda beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32

arrow Ətraflı
Bu mağaza BAĞLANDI like
  • 27 Avq 14:20  
Digərləri Bu mağaza BAĞLANDI

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləş

arrow Ətraflı
Fransa tərəfindən çağırılan ABŞ səfiri əvəzinə öz müvəqqəti işlər vəkilini göndərir like
  • 27 Avq 14:15  
Dünya Fransa tərəfindən çağırılan ABŞ səfiri əvəzinə öz müvəqqəti işlər vəkilini göndərir

Fransa tərəfindən çağırılan ABŞ səfiri əvəzinə öz müvəqqəti işl

arrow Ətraflı
Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi: like
  • 27 Avq 14:05  
Digərləri Azərbaycanda kino çəkilişi FACİƏ ilə bitdi:

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun

arrow Ətraflı
Məşhur türk aktyor arıqlayıb TANINMAZ HALA düşdü like
  • 27 Avq 13:50  
Şou-biznes Məşhur türk aktyor arıqlayıb TANINMAZ HALA düşdü

"Kiralık aşk" serialındakı Koray obrazı ilə məşhurlaşan aktyo

arrow Ətraflı
Cənubi Qafqazın geosiyasi düzəni dəyişir, Azərbaycanın logistika potensialı artır like
  • 27 Avq 13:47  
Siyasət Cənubi Qafqazın geosiyasi düzəni dəyişir, Azərbaycanın logistika potensialı artır

Cənubi Qafqaz mürəkkəb geosiyasi dinamika və əsrlərlə davam edən münaq

arrow Ətraflı
İş adamı müştərini küçədə like
  • 27 Avq 13:33  
Digərləri İş adamı müştərini küçədə

Türkiyədə restoran sahibi müştərini qətlə yetirib.

arrow Ətraflı
Nazir polkovnikə yüksək vəzifə verdi like
  • 27 Avq 13:32  
Digərləri Nazir polkovnikə yüksək vəzifə verdi

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovni

arrow Ətraflı
ABŞdə konqresmenliyə namizəd QuraniKərimi yandırdı like
  • 27 Avq 13:05  
Dünya ABŞdə konqresmenliyə namizəd QuraniKərimi yandırdı

Texas ştatı üzrə Respublikaçılar Partiyasından Konqres namizədi Valentin

arrow Ətraflı