“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar


Digərləri 24 Avq 2025 22:32:00 78 0

“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar

Xəbər verildiyi kimi bu gün "Sədərək" Ticarət Mərkəzində  güclü yanğının baş verdiyi anbar  "Super Toys"  mağazalar şəbəkəsinə məxsus olub.

Şirkətin  həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. 

Son.az Musavat.com-a istinadən xəbər verir ki,  "Super Toys"  oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi (monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.

Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrasikl, skuter, moped, velosiped, motosiklet, park atraksionları kimi elektron və əyləncə məhsulları da müştərilərə təklif edilir. Dünyanın müxtəlif ölkələrindən- Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.

Mağazalar şəbəkəsində nağd ödəniş üsulu ilə bərabər, kreditlə və taksit kartları ilə ödəmə imkanları da mövcuddur. Ölkənin istənilən bölgəsinə çatdırılma xidməti də var.  Şirkətin mollardan başqa Binə və Abşeron ticarət mərkəzlərinin də mağazaları var.   

"Super Toys"  bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Onların  arasında dövlət qurumları, holdinglər, banklarla yanaşı, baxçalar, məktəblər və müxtəlif müəssisələr yer alır.

Daha bir ilginc fakt  odur ki, ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada   "Super Toys"  mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıdığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu  olduğu üzə çıxmışdı. 

Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi  Xəqani Cəfərov,   şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi. 

"Sədərək" Ticarət Mərkəzindən isə yanğınla bağlı rəsmi məlumat hələ də yoxdur.

Xatırladaq ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub.  2023-cü ilin  yanvarında  ticarət mərkəzində böyük yanğın olmuşdu. "Sədərək" ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.  

İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib.  Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir. 

Sonda qeyd edək ki,  ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfər müraciət edib.  TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.  

DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi like
  • 24 Avq 22:31  
Digərləri DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəl

arrow Ətraflı
Zelenski Trampın nümayəndəsini ordenlə təltif etdi like
  • 24 Avq 22:12  
Dünya Zelenski Trampın nümayəndəsini ordenlə təltif etdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə səfərdədir.

arrow Ətraflı
Ərarvad lotereyada 1 milyard uddular  Pulu görün hara xərclədilər like
  • 24 Avq 21:42  
Digərləri Ərarvad lotereyada 1 milyard uddular Pulu görün hara xərclədilər

Rusiyada Yuri və Svetlana Semenovlar təsadüfi bir lotereya uduşu sayəsində

arrow Ətraflı
Qızını tənqid edən izləyicini paylaşıb bunları yazdı like
  • 24 Avq 21:30  
Şou-biznes Qızını tənqid edən izləyicini paylaşıb bunları yazdı

Aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə ona tənqid yazan izləyicini

arrow Ətraflı
Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi like
  • 24 Avq 21:12  
Digərləri Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi

Tərtərdə sahibkarın yola sərdiyi günəbaxan tumları sürücülərin və y

arrow Ətraflı
“İngilis pasportum olsa da, mən azərbaycanlıyam” like
  • 24 Avq 20:57  
Şou-biznes “İngilis pasportum olsa da, mən azərbaycanlıyam”

Dünyaca məşhur müğənni Sami Yusif İstanbul konsertindən öncə müsahib�

arrow Ətraflı
Türkiyəli aktyor 3 milyona EV ALDI like
  • 24 Avq 20:13  
Şou-biznes Türkiyəli aktyor 3 milyona EV ALDI

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy Bodrumda yeni yay evi alıb. Məl

arrow Ətraflı
Sevincləri ilə hamını kövrəltdilər like
  • 24 Avq 19:44  
Digərləri Sevincləri ilə hamını kövrəltdilər

Bu il qəbul sevinci yaşayan abituriyentlərin görüntüsü sosial şəbəkəl

arrow Ətraflı
Nadir bu tarixdə oğluna toy edəcək like
  • 24 Avq 19:30  
Şou-biznes Nadir bu tarixdə oğluna toy edəcək

Müğənni Nadir Qafarzadənin evində xeyir iş olacaq. 

arrow Ətraflı
Avtomobil kanala düşdü: Ailə son anda xilas edildi like
  • 24 Avq 19:19  
Digərləri Avtomobil kanala düşdü: Ailə son anda xilas edildi

Xudat-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Zelenski İlham Əliyevə təşəkkür edib like
  • 24 Avq 19:14  
Siyasət Zelenski İlham Əliyevə təşəkkür edib

Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdar

arrow Ətraflı
Pirsaat çayında 3 nəfər batdı like
  • 24 Avq 18:51  
Digərləri Pirsaat çayında 3 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaa

arrow Ətraflı
“Sədərək”dəki yanğın bu məşhur şirkətin anbarında baş veribmiş like
  • 24 Avq 18:50  
Digərləri “Sədərək”dəki yanğın bu məşhur şirkətin anbarında baş veribmiş

"Sədərək" ticarət mərkəzindəki yanğının yeni təfərrüatı

arrow Ətraflı
Traktorla minik avtomobili toqquşdu  Xəsarət alanlar var like
  • 24 Avq 18:23  
Digərləri Traktorla minik avtomobili toqquşdu Xəsarət alanlar var

Bərdədə traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var.

arrow Ətraflı
Ən çox etibarlı işlənmiş alman MAŞINLARI like
  • 24 Avq 18:14  
Digərləri Ən çox etibarlı işlənmiş alman MAŞINLARI

Avtomobil həvəskarları arasında alman avtomobillərinin yüksək etibarlıl�

arrow Ətraflı