"Ukraynanın cəsarəti çoxlarını ruhlandırır"
Dünya 24 Avq 2025 17:30:00 66 0
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini və ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu xəbəri də oxu: ABŞ Kiyevə minlərlə uzaqmənzilli raket satacaq
Son.az xəbər verir ki, onun təbrikini Zelenski "X" sosial şəbəkəsində paylaşıb.
"Hörmətli cənab Prezident, Amerika xalqı adından müstəqilliyin 34-cü ildönümünü qeyd etdiyiniz zaman sizə və cəsarətli Ukrayna xalqına təbriklərimi və ən xoş arzularımı çatdırıram", - Trampın təbrikində deyilir.
Tramp qeyd edib ki, Ukrayna xalqı sarsılmaz ruha malikdir və Ukraynanın cəsarəti çoxlarını ruhlandırır. "Bu mühüm günü qeyd edərkən bilin ki, ABŞ sizin mübarizənizə, fədakarlıqlarınıza hörmət edir və müstəqil xalq kimi gələcəyinizə inanır. ABŞ davamlı sülh gətirəcək, qan tökülməsinə son verəcək, Ukraynanın suverenliyini və ləyaqətini qoruyacaq danışıqlar yolu ilə həlli dəstəkləyir. Hörmətlə, Donald J. Tramp", - təbrikdə bildirilir.
Öz növbəsində Zelenski təbrikinə görə Trampa təşəkkür edib.
"Hörmətli Prezident Tramp, Ukraynanın Müstəqillik Günü münasibətilə səmimi təbrikləriniz üçün təşəkkür edirik. Ukrayna xalqı üçün xoş sözlərinizi yüksək qiymətləndiririk və ABŞ-yə Ukrayna ilə yanaşı dayanaraq, ən qiymətli olanı - müstəqilliyi, azadlığı və təminatlı sülhü qoruduğuna görə təşəkkür edirik", - o, "X" sosial şəbəkəsində yazıb.
Zelenski ümid etdiyini bildirib ki, Kiyev və Vaşinqton birgə işləməklə bu müharibəyə son qoya və Ukrayna üçün real sülhə nail ola bilərlər. /"Report"
Müğənni Ofelya Şabanovanın yenidən sosial şəbəkədə gündəmə gəlib.

Rusiyanın Saxalin vilayətində yerləşən İturup adasında Baranski vulkanı

Məşhur "Soprano klanı" serialındakı rolu ilə tanınan amerikalı

ABŞ dövlət katibi Marko Rubio Ukraynanı Müstəqillik Günü münasibətilə

Müğənni Nazənin Salayevanın bağ evindən olan görüntülər marağa səb�

Arıqlamağa çalışan bir çox insan elə səhvlər edirlər ki, bu səhvlər

Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolu

Qalmaqallı aparıcı Nigar Fərhad yenidən sözləri ilə gündəmə gəlib.

Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Z

600-dən yuxarı bal toplayan 10 abituriyent ali məktəblərə qəbul ola bilm

Qubada istirahət edən şəxslər həyatlarının şokunu yaşayıblar.

Rusiyanın Moskva şəhərində yerləşən Mərkəzi Uşaq Mağazasında partla

Bir zamanlar Almaniyanın ən nüfuzlu media hüquqşünaslarından biri olan Kl

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqla
