İlham Əliyev Ukrayna Prezidentini təbrik edib
Siyasət 24 Avq 2025 11:13:00 75 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.
Bu xəbəri də oxu: Tatarıstan Rəisi Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Son.az xəbər verir ki, təbrik məktubunda bu əlamətdar gün münasibətilə Prezident Volodimir Zelenskiyə və onun simasında bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini, ən xoş arzularını yetirən dövlətimizin başçısı qeyd edib: Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.
Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin A

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qayta

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın le

"Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı

Vətən müharibəsi zamanı patriotik mahnıları ilə məşhurlaşan müğənn

Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyas

Bəzən həyat hər bir insanı çətinliklər, sınaqlar və uğursuzluqlarla q

Ukraynanın Müstəqillik Günü güclü bir xatırlatmadır: biz təkcə Ukrayn

Qumralın əri ilə atası yarıçılpaq halda nərd oynadılar
