Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq


Digərləri 23 Avq 2025 19:41:00 69 0

Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq

Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Ekspertlər bildirirlər ki, bu məsələdə əsas amil bazarda alıcıların sayının çoxalmasıdır.

Söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi?

"Bakı Baş planda nəzərdə tutulan formada olacaq"

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: "2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir".

"Tarixi binalar maksimum qorunur"

E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi: "Hazırda Yasamal ərazisində keçmiş "sovetski" adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq".

Ucuz, amma təhlükəli

Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: "Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər".

Bu məşhurların ailəsində tələbə sevinci var  FOTO like
  • 23 Avq 19:27  
Şou-biznes Bu məşhurların ailəsində tələbə sevinci var FOTO

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəss

arrow Ətraflı
Bakıda hoteldə yanğın oldu like
  • 23 Avq 19:10  
Digərləri Bakıda hoteldə yanğın oldu

Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

arrow Ətraflı
Xalq artistinin kürəkəni də tələbə oldu like
  • 23 Avq 18:58  
Şou-biznes Xalq artistinin kürəkəni də tələbə oldu

Xalq artisti Mələkxanım Eyyubovanın kürəkəni, müğənni Mərdan Kazıml�

arrow Ətraflı
Putinin qorxduğu yeganə adam odur  Stubb like
  • 23 Avq 18:29  
Digərləri Putinin qorxduğu yeganə adam odur Stubb

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı sə

arrow Ətraflı
Hazırlığa getmədən 637 bal yığdı  Bu ixtisası seçdi like
  • 23 Avq 18:16  
Digərləri Hazırlığa getmədən 637 bal yığdı Bu ixtisası seçdi

Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbu

arrow Ətraflı
Ağstafada yol qəzası  Ölən və yaralanan var like
  • 23 Avq 18:07  
Digərləri Ağstafada yol qəzası Ölən və yaralanan var

Ağstafada ağır yol qəzası baş verib.

arrow Ətraflı
"Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur" like
  • 23 Avq 17:54  
Şou-biznes "Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur"

"Efirə çağırırlar, amma getmirəm. Deyirlər Samir Cəfərov, Mübariz

arrow Ətraflı
Ronaldo Corcinaya evlilik təklifi etdi  müqavilənin detalları gündəm oldu like
  • 23 Avq 17:41  
Digərləri Ronaldo Corcinaya evlilik təklifi etdi müqavilənin detalları gündəm oldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən dün

arrow Ətraflı
10 abituriyentin taleyi: 600dən çox bal topla və kənarda qal...  Ekspert şərh edir like
  • 23 Avq 17:32  
Digərləri 10 abituriyentin taleyi: 600dən çox bal topla və kənarda qal... Ekspert şərh edir

Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas seç

arrow Ətraflı
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə! like
  • 23 Avq 17:20  
Digərləri Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

arrow Ətraflı
Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi  Məhkəmədən AĞIR CƏZA like
  • 23 Avq 17:10  
Digərləri Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi Məhkəmədən AĞIR CƏZA

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən

arrow Ətraflı
Azərbaycanda hansı avtomobillər daha sərfəlidir? like
  • 23 Avq 16:56  
Digərləri Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?

Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi

arrow Ətraflı
Daha bir kəndin bütün məzunları tələbə oldu like
  • 23 Avq 16:45  
Digərləri Daha bir kəndin bütün məzunları tələbə oldu

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin m

arrow Ətraflı
Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı like
  • 23 Avq 16:36  
Digərləri Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova

arrow Ətraflı
Aktrisa "Titanik" filmindəki bu səhnə üçün peşmandır like
  • 23 Avq 16:33  
Şou-biznes Aktrisa "Titanik" filmindəki bu səhnə üçün peşmandır

"Oskar" mükafatlı britaniyalı aktrisa Keyt Vinslet, "Titanik&q

arrow Ətraflı