Ən güclü rəqabət hansı qrupdadır? Qəbulla bağlı real gözləntilər
Digərləri 22 Avq 2025 09:46:00 57 0
Bu gün ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi prosesi başa çatıb.
Bu xəbəri də oxu: Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilir FOTO
Son.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ümumilikdə 86 460 abituriyent və subbakalavr elektron sistem vasitəsilə ixtisas seçimini təsdiqləyib. Onların paylanması ixtisas qrupları üzrə fərqlidir və rəqabət hər qrupa görə müxtəlif səviyyədədir.
I qrupun alt qruplarında abituriyent çatışmazlığı: Plan yerləri sənəd verənlərdən daha çox olub
Birinci ixtisas qrupu üzrə 20 385 plan yeri mövcud olduğu halda, 23 919 nəfər ərizəsini təsdiqləyib. Riyaziyyat-kimya alt qrupunda 12 955 plan yeri mövcuddur və burada təxminən 11 800 nəfər iştirak edir. Riyaziyyat-informatika alt qrupunda isə 7 430 yerə qarşı 6 850 nəfər ixtisas seçib. Nəticədə bu qrupda 3 500-ə yaxın abituriyentin müsabiqədə uğur qazanmayacağı gözlənilir.
II qrup üzrə namizədlərin sayı plan yerlərini üstələyib: 4 100-ə yaxın namizəd qəbul ola bilməyəcək
İkinci ixtisas qrupu üzrə 14 935 plan yerinə təxminən 19 000 nəfər ərizə verib. Bu rəqəmlər əsasında 4 100-ə yaxın namizədin qəbul imkanını əldə edə bilməyəcəyi proqnozlaşdırılır.
Ən yüksək rəqabətin müşahidə olunduğu qrup: 6000-dən çox abituriyent qəbul şansını itirib
Üçüncü ixtisas qrupu ölkədə ən yüksək rəqabətin müşahidə olunduğu qrupdur. Burada 15 583 plan yerinin təqdim olunmasına baxmayaraq, 24 414 abituriyent və subbakalavr ixtisas seçimi ərizəsini təsdiqləyib. Dil-tarix alt qrupunda 13 558 yer mövcuddur və təxminən 24 min nəfər bu qrupda iştirak edir. Tarix-coğrafiya alt qrupunda isə 2 025 plan yerinə qarşı 7 620 nəfər müraciət edib. Bu isə 6000-dən çox abituriyentin qəbul şansı qazana bilməyəcəyini göstərir.
IV qrupda 2 200-ə yaxın abituriyent kənarda qalacaq
Dördüncü ixtisas qrupu üzrə 4 732 yer mövcud olub, lakin 6 966 nəfər ərizə verib. Müsabiqədə iştirak edənlərin sayı isə 5 420 civarındadır. Burada qəbul imkanı əldə edə bilməyənlərin sayı 2 200-ə yaxın olacaq. Bu ixtisas qrupunda balı 600-dən çox olan abituriyentlərin sayı 960-980 nəfər arasındadır ki, bu da rəqabətin səviyyəsini əks etdirir.
V qrupda kritik vəziyyət: 4 700 yer üçün 16 500 nəfər mübarizə aparacaq
Beşinci ixtisas qrupu üzrə 4 700-dən bir qədər çox plan yeri mövcuddur, müraciət edənlərin sayı isə təxminən 16 500 nəfərdir. Bu, 11 000-dən çox abituriyentin müsabiqədən kənar qalacağını göstərir.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qeyd edib ki, ölkə üzrə ümumilikdə 60 914 plan yeri mövcuddur və onların təxminən 28 600-ü dövlət sifarişi əsasında təmin edilir. Dövlət sifarişli yerlərə qəbul şansı isə seçimini diqqətlə edən namizədlər üçün daha yüksəkdir.
Ümumilikdə, keçid ballarında müəyyən azalmalar proqnozlaşdırılır. Məsələn, 600-700 bal aralığında keçid balları ötən illə müqayisədə təxminən 5 ballıq azalma göstərə bilər. 500 baldan yuxarı ballarda keçid ballarının səviyyəsi əsasən sabit qalacaq, 400-300 bal aralığında isə ciddi dəyişiklik gözlənilmir.
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prez

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik

Aktyor Murad İsmayıl ayrıldığı xanımı Ülviyyə Xalinbəyova ilə bağl�

Diş rəngindəki dəyişiklik sadəcə estetik məsələ deyil, bəzən ciddi x

"Qadınlar pul qazanmağa daha meyillidilər, fərasətlidirlər. Kişilər

Səhər enerjinizi artırmaq və ya gün ərzində özünüzü təravətləndirm

McDonald's-ın məşhur, xırtıldayan albalı piroqunu ev şəraitində haz

Avqustun 22-də səma nadir kosmik hadisəyə "Qara Ay"a şahidlik ed�

Sony özünün InZone brendi altında PC oyun aksesuarları bazarına tamhüquql

Üzüm həm ilin ən dadlı, həm də ən sağlam mövsümi meyvələrindən bir

Qatığın düzgün zamanda yeyilməsi həzmi yaxşılaşdırır və bağırsaq

Amerikalı tədqiqatçılar qeyri-adi bir klinik hadisənin şahidi olublar.

Dünyaca məşhur müğənni Sami Yusif bu günlərdə Türkiyədə konsert verm
