29 min nəfər ali məktəbdən kənarda qalacaq Ən dramatik qrup açıqlandı


Digərləri 21 Avq 2025 17:16:00 73 0

29 min nəfər ali məktəbdən kənarda qalacaq  Ən dramatik qrup açıqlandı

Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə ərizəsi təsdiqlənənlərin sayı arasında kifayət qədər böyük fərq var.

İxtisas seçiminin nəticələri nə vəd edir? Ümumi mənzərə necə olacaq?

Ən dramatik qrup

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimi prosesinin yekun nəticələri ali təhsil sistemində struktur problemlərinin davam etdiyini və plan yerlərinin abituriyentlərin sayına adekvat cavab verməməsinin artıq kütləvi xarakter daşıdığını göstərir.

"Statistikaya nəzər saldıqda, I ixtisas qrupu üzrə ümumilikdə 20 385 plan yerinə qarşı 23 918 nəfər elektron ixtisas seçimini təsdiqləyib. Bu, 3533 nəfərin kənarda qalması deməkdir.

II qrupda 14 935 plan yerinə qarşı 19 039 ərizəçi var və nəticədə 4104 nəfər müsabiqədən kənarda qalacaq.

III qrupda vəziyyət daha dramatikdir: 15 583 yerə qarşı 24 414 ərizəçi qeydə alınıb və 8831 nəfərin ali təhsil almaq şansı itəcək.

IV qrupda 4732 yerə 6966 ərizəçi təsdiq verib, 2234 nəfər kəsiləcək.

Ən ağır mənzərə isə V qrupda müşahidə olunur: 4704 plan yerinə qarşı 16 517 ərizəçi olub və bu, 11 813 nəfərin qəbul ola bilməməsi deməkdir. Beləliklə, ümumilikdə təxminən 29 min nəfər ali məktəbdən kənarda qalacaq".

Bir tərəfdə sıxlıq, bir tərəfdə kadr çatışmazlığı

Kamran Əsədov qeyd edir ki, plan yerləri çoxaldılmadığı kimi ixtisaslara tələbat da balanslaşdırılmır: "Nəticədə, müəyyən ixtisaslarda yerlər boş qalır, digərlərində isə abituriyent sıxlığı süni şəkildə artır. Bu, ali təhsil siyasətinin proqnozlaşdırılmadığını və strateji yanaşmanın olmadığını bir daha sübut edir. "Təhsil haqqında" Qanunun 14.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi əmək bazarının tələblərinə uyğun formalaşdırılır. Halbuki, reallıqda əmək bazarının sorğuları ilə ali təhsil planlaşdırılması arasında heç bir əlaqə yoxdur. Əmək bazarı hüquqşünas, beynəlxalq münasibətlər üzrə mütəxəssis, pedaqoq bolluğu ilə dolub, amma mühəndislik, texnologiya və innovasiya ixtisaslarında kəskin kadr çatışmazlığı davam edir. Bu, qanunun tələblərinin icra olunmadığını göstərir".

Azərbaycanda internetə DDoS tipli kiber hücum oldu  RƏSMİ like
  • 21 Avq 16:59  
Digərləri Azərbaycanda internetə DDoS tipli kiber hücum oldu RƏSMİ

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətl

arrow Ətraflı
İxtisas seçiminin cavabları bu həftə açıqlanacaq? like
  • 21 Avq 16:48  
Digərləri İxtisas seçiminin cavabları bu həftə açıqlanacaq?

Bu il bütün ixtisas qrupları üzrə ixtisas seçimi avqustun 11-dən 19-u saa

arrow Ətraflı
Azərbaycanda "dönər qətliamları": Bu, nə qədər davam edəcək? like
  • 21 Avq 16:38  
Digərləri Azərbaycanda "dönər qətliamları": Bu, nə qədər davam edəcək?

"Dönər bu gündən sabaha qaldısa, onu hansı şəraitdə saxlayırsan-s

arrow Ətraflı
Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi like
  • 21 Avq 16:28  
Digərləri Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik

arrow Ətraflı
Paşinyan: “Seçkilərdə xalq sülh barədə qərar verəcək” like
  • 21 Avq 16:27  
Digərləri Paşinyan: “Seçkilərdə xalq sülh barədə qərar verəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bild

arrow Ətraflı
Sabiq başçının kadrına da cinayət işi açıldı like
  • 21 Avq 16:20  
Digərləri Sabiq başçının kadrına da cinayət işi açıldı

Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliy

arrow Ətraflı
Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq like
  • 21 Avq 16:14  
Digərləri Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

arrow Ətraflı
Ağdam sakini itkin düşdü like
  • 21 Avq 16:06  
Digərləri Ağdam sakini itkin düşdü

Ağdam rayon sakini itkin düşüb.

arrow Ətraflı
Rəqsanə ev dustaqlığına buraxılacaq?  Vəkili danışdı like
  • 21 Avq 15:50  
Digərləri Rəqsanə ev dustaqlığına buraxılacaq? Vəkili danışdı

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbir

arrow Ətraflı
Xalq artistinin ailəsində xüsusi GÜN like
  • 21 Avq 15:45  
Şou-biznes Xalq artistinin ailəsində xüsusi GÜN

Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü

arrow Ətraflı
Hökumənin ailəsi də Kəlbəcərə köçdü like
  • 21 Avq 15:30  
Digərləri Hökumənin ailəsi də Kəlbəcərə köçdü

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəh�

arrow Ətraflı
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi like
  • 21 Avq 15:26  
Digərləri Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirin

arrow Ətraflı
Azərbaycanda internet çökdü like
  • 21 Avq 15:20  
Digərləri Azərbaycanda internet çökdü

Azərbaycanda internetdə problem yaranıb. 

arrow Ətraflı
Bakı və İslamabadın səma qardaşlığı like
  • 21 Avq 15:14  
Siyasət Bakı və İslamabadın səma qardaşlığı

Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər

arrow Ətraflı