Padişahın duası Yunus Oğuz yazır


Digərləri 21 Avq 2025 11:38:00 83 0

Padişahın duası Yunus Oğuz yazır

YUNUS  OĞUZ

Pritça

Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir? Vəzir cavab verir: -Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik.  Padişah deyir: -Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik? ...Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur: -Nə istəyirsiniz? Padişah cavab verir: -Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik. Ev sahibi istehza ilə bunlara deyir: -Ayə, siz nə həyasız dərvişlərsiniz.-Onlar yola düşəndə hələ də kişinin səsi gəlirdi. - Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz. Bir az getdikdən sonra yenə işığı yanan bir ev gördülər. Qapını taqqıldatdılar. Bu dəfə qarşılarına döyüş geyimində, təpədən dırnağa qədər silahlanmış ev sahibi çıxdı: -Xoş gəlmişsiniz, ağa dərvişlər, - dedi, - mənə bir qulluğunuz. Padişahın yerinə vəzir dilləndi: -Ağa, biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik qonaq edərsiniz? Ev sahibi güldü. -Nə ağa, məndən ağa çıxar, adi bir dulusçuyam. Allaha da qurban olum, onun qonağına da, keçin içəri. Otağa keçəndə ev sahibi lampanın işığını bir az da artırıb qonaqlara baxıb soruşdu: -Aclığınız varsa, deyim bir şey hazırlasınlar. Bu dəfə padişah cavab verdi: -Narahat olmayın, əxilərin yeməyi quru çörəklə sudur, onu da yemişik, içmişik. Birdən şahın gözləri divardan asılmış, dəridən hazırlanmış xəritəyə sataşır. Bu xəritədə düşmənin  və öz ordusunun mövqeləri sərgilənmişdi. Düşmən mövqelərinə qara sap, öz mövqelərinə isə qırmızı sap keçirilimiş iynə sancılmışdı.  Padişah əlini xəritəyə uzadıb soruşdu: -Bu nədir? Ev sahibi cavab verdi:  -Qurban olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə gizli olsun? Şəhərdə söz-söhbət gəzir ki, müharibə olacaq. Mən də bu xəritəni hazırlatdırdım, evə gətirdim. İynələri sancdım xəritənin üstünə. Düşündüm ki, əgər düşmən hücum edərsə, onun hansı cinahı zəif olarsa oradan hücuma keçək. Sonra isə qurd döyüş üsulu ilə  onu mühasirəyə alarıq.  Padişah baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı bilir.  Daha bir söz demədi, yıxılıb yatdılar. Səhər o başdan durub ev sahibinə təşəkkür edib saraya döndülər. Padişah qırmızı paltar geyinib taxta çıxaraq vəzirinə əmr verdi: -Get,dünən  qapılarını döydüyümüz adamları gətir bura. Bir azdan hər ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim əsirdi. Padişah ona qəzəbləndi: -Gəda, eşitdim, dünən gecə qapından iki dərvişi qovmusan, hətta arxalarınca istehza da etmisən.  Kişinin  ürəyi qorxudan ayaqlarının altına düşdü. -Qələt eləmişəm, qurban olduğum. Padişah əmr verdi: -Aparın ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun eləyib sürüyə-sürüyə apardılar. Sonra üzünü dulusçuya tutdu. - A kişi, sən dulusçu ola-ola müharibə haqqında düşünürsən. Get dulusçuluğunu et də. Dulusçu təmkinini pozmadan cavab verdi: -Qibleyi aləm, axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək, həm də mənim ailəmlə yanaşı hər bir ailəyə zərər dəyəcək. Dövləti qorumalısan ki, ailən də sakit və qorxusuz yaşasın.  Padişah baxdı ki, dulusçu həm də adamı inandıra bilir. Əmr verdi:  -Yaxşı get, səni hələlik tavaçı (əsgər toplayan) təyin edirəm.  Dulusçu baş əyib çıxandan sonra vəzir soruşdu: -Qibleyi aləm, çox olmadı? -Yox çox olmadı, - padişah cavab verdi. - Biz birinci evə getdik, adam qabağımıza alt paltarında çıxdı. Deməli, bu adam nəinki dövlətini, heç ailəsini də qorumağa qadir deyil. İkinci ev sahibi isə bizi döyüş geyimində qarşıladı, evində də döyüş xəritəsi, qurd döyüş üsulu. Atalarımız, dədələrimiz buna Turan döyüş üsulu deyirdilər.  Sonra padişah iki əlini də göyə qaldırıb dua elədi:  -Tanrım, dövlətimizi əbədi yaşatmaq üçün bizi həmişə belə ailələrə möhtac eylə!

59 yaşlı Xalq artisti geyimi ilə diqqət çəkdi like
  • 21 Avq 11:30  
Şou-biznes 59 yaşlı Xalq artisti geyimi ilə diqqət çəkdi

Xalq artisti Məleykə Əsədova istirahət üçün üz tutduğu İspaniyadan g�

arrow Ətraflı
Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir?  TAM SİYAHI like
  • 21 Avq 11:21  
Digərləri Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir? TAM SİYAHI

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nom

arrow Ətraflı
Valideynlərlə gənclər arasında nəsil fərqi: Anlaşılmazlığın əsas səbəbləri nələrdir? like
  • 21 Avq 11:10  
Digərləri Valideynlərlə gənclər arasında nəsil fərqi: Anlaşılmazlığın əsas səbəbləri nələrdir?

Zaman dəyişir, dəyərlər yenilənir, texnologiya inkişaf edir. Bu inkişaf

arrow Ətraflı
“Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı like
  • 21 Avq 11:02  
Digərləri “Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks ə

arrow Ətraflı
Əhaliyə xəbərdarlıq: Güclü külək, leysan yağış olacaq like
  • 21 Avq 10:53  
Digərləri Əhaliyə xəbərdarlıq: Güclü külək, leysan yağış olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci

arrow Ətraflı
Bakının bəzi ərazilərində işıq olmayacaq like
  • 21 Avq 10:25  
Digərləri Bakının bəzi ərazilərində işıq olmayacaq

Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş və güc

arrow Ətraflı
Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3cü yaşayış kompleksinin təməlini qoyub like
  • 21 Avq 10:12  
Siyasət Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3cü yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəc

arrow Ətraflı
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb like
  • 21 Avq 10:12  
Digərləri Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb

Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağacla

arrow Ətraflı
Sumqayıtda silahlı insident  Saxlanılan var like
  • 21 Avq 10:00  
Digərləri Sumqayıtda silahlı insident Saxlanılan var

Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət

arrow Ətraflı
Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub like
  • 21 Avq 09:59  
Siyasət Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəc

arrow Ətraflı
Oktay Əmənullayev bu xəstəxanaya direktor təyin olundu like
  • 21 Avq 09:52  
Digərləri Oktay Əmənullayev bu xəstəxanaya direktor təyin olundu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər şəhərində təməlqoyma mərasimində iştirak ediblər like
  • 21 Avq 09:41  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər şəhərində təməlqoyma mərasimində iştirak ediblər

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avqustun 21-də Azərbaycan Respu

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 21 Avq 09:24  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı