ABŞ nəşri Zəngəzur məsələsi barədə: Uduzan bu ölkə oldu
Siyasət 20 Avq 2025 20:23:00 71 0
SSRİ-nin dağılmasından bəri andlı düşmən olan iki keçmiş sovet respublikası - Azərbaycan və Ermənistan gözlənilmədən barışmaq ərəfəsindədir.
Bu xəbəri də oxu: Otuz illik imitasiya: ATƏTin Minsk qrupunun iflas anatomiyası
Son.az xəbər verir ki, bu barədə "The Washington Diplomat" yazıb.
ABŞ nəşri bildirib ki, iki ölkə uzun sürən müharibədən sonra qan tökülməsinə birdəfəlik son qoymaq qərarına gəlib:
"Həm Ermənistan, həm də Azərbaycan daha işıqlı gələcək naminə keçmiş faciələrinə göz yummağa hazır görünür".
Mənbə avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşə də diqqət çəkib.
Məqalədə qeyd edilib ki, həmin gün Ağ Evdə əldə edilmiş razılaşmanın mərkəzində əvvəllər Zəngəzur dəhlizi kimi tanınan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) dayanır:
"Bu ticarət dəhlizi Azərbaycanı öz eksklavı, Ermənistan ərazisinin bir hissəsi ilə ayrılmış Naxçıvanla birləşdirmək məqsədi daşıyır. Burada ABŞ şirkətləri tərəfindən dəmir yolu və kommunikasiya xətləri, eləcə də neft-qaz kəmərləri də çəkiləcək".
Nəşrin fikrincə, bu dəhliz dəhliz təkcə Azərbaycanı öz eksklavı ilə deyil, bütün Asiyanı Avropa ilə birləşdirəcək:
"Forbes"ə görə, TRIPP Mərkəzi Asiyadan Qafqaza, Türkiyə və onun hüdudlarından kənara bir yol açacaq, köhnə İpək Yolunu effektiv şəkildə canlandıracaq, yəni həm Rusiyadan, həm də İrandan yan keçəcək".
"The Washington Diplomat"ın iddiasına görə, 200 ildən artıqdır regionda mövcudluğunu qoruyan Rusiya burada ən böyük uduzan tərəfdir. Nəşr yazıb ki, artıq Cənubi Qafqazda taqətdən düşmüş Rusiya Mərkəzi Asiyada da itirən tərəf olacaq. (Teleqraf)
Cari il mart ayının 20-də Qazax rayon sakini 2004-cü il təvəllüdlü Sadı

İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən Sə

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magi

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı "Elastik" barıt

Azərbaycanda daha 256 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır ş�

Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və m�

Aparıcı Xoşqədəm Hidayətqızı işdən çıxartdığı əməkdaşından da

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) 2025-ci il avqustun 12-də iş tək

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi dəyi�

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarl

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova dələduzluq faktına

Bakıda və Abşeron yarımadasında, habelə ölkənin bəzi bölgələrdə avq

Ukrayna Prezidenti Zelenski ilə Rusiya Prezidenti Putin arasında Macarıstanda
