Mətbuat bir fədaisini də itirdi Arif Əbdüloğludan miras qalanlar


Digərləri 20 Avq 2025 17:08:00 80 0

Mətbuat bir fədaisini də itirdi  Arif Əbdüloğludan miras qalanlar

Zamanın axarında bəzən elə insanlar olur ki, onların varlığı təkcə yaşadığı dövrə deyil, gələcək nəsillərə də yol göstərir. Onlar sözlə düşüncəyə yol açar, qələmlə ürəklərə toxunar, həqiqətlə zamanın sınağından keçərlər. Arif Əbdüloğlu (İsmayılov) - jurnalist, şair, yazıçı və publisist kimi tanıdığımız bu dəyərli insan da məhz belə simalardan biri idi.

Hər sətirində xalqına olan sevgisini, millətinə olan sədaqətini ifadə edən bir ziyalı artıq aramızda yoxdur. Onun qələmindən süzülən sözlər indi susub, amma ruhu, irsi, yaratdıqları bizi tərk etməyib...

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan Arif müəllim ötən gün 86 yaşında dünyasını dəyişib.

Arif Əbdüloğlunun həyat yolu jurnalistikanın, poeziyanın və publisistikanın qovşağında keçirdi.

Şair olaraq onun misraları sevginin, Vətənin, həyatın içindən gəlirdi. Onun yazdıqlarında nə süni pafos, nə də quru ritorika vardı - sadə, səmimi, amma bir o qədər də təsirli. Oxucu onun şeirlərində öz dərdini, öz sevincini tapırdı. 

Arif Əbdüloğlu jurnalistlik fəaliyyətinə 1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdı. O, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdü.

Arif müəllim yazdığı hər yazıda cəmiyyətin aynasını tutdu, gündəmin arxa fonunda qalan həqiqətləri gün üzünə çıxardı. Onun publisistik yazıları həm jurnalistik nümunə, həm də ədəbi dəyər daşıyırdı. Sözə, dürüstlüyə, vətəndaş mövqeyinə sadiq bir insan kimi Arif müəllim qələmini heç vaxt əyiltmədi, ucuz populyarlığa dəyişmədi.

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mərhumla bağlı xatirələrini Modern.az-la bölüşərkən Arif Əbdüloğlunun jurnalistik fəaliyyətinə böyük hörmətinin olduğunu bildirib:

"Arif Əbdül oğlu İsmayılov Prezidentin 21 iyul 2025-ci il tarixində imzaladığı "Azərbaycan Mətbuatının 150 İlliyi" ilə bağlı sərəncamına əsasən, üçüncü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdu. Mən Arif müəllimlə uzun illərdir tanışam. O, "Sovet kəndi" qəzetində işləyəndə bu sahənin ən yaxşı bilicilərindən sayılırdı. Həmişə də əməkdaşların, jurnalistlərin ona böyük hörmət və ehtiramla yanaşdığının şahidi olmuşam. Sonralar ara-sıra görüşürdük. Mənim ona və onun jurnalistik fəaliyyətinə böyük hörmətim, ehtiramım olub".

R.Məcid Arif Əbdüloğlunun vəfat etməsindən təsirləndiyini vurğulayıb:

"Son illər onun həm də ədəbi-bədii yaradıcılığı vardı. Bakıda, Türkiyədə kitabı nəşr olunmuşdu. 85 illiyi ilə bağlı Mətbuat Şurasında keçirdiyimiz tədbirdə də onun vaxtilə bir yerdə çalışdığı həmkar dostları iştirak etdi. Gözəl xatirələrini danışdılar. Elə bilirəm ki, o sanballı, zəhmətkeş insan olub. Eyni zamanda, peşəkar jurnalist fəaliyyəti göstərib. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış bir jurnalist kimi onu hamı xatırlayır. Son vaxtlaradək əlaqə saxlayırdıq. Mən onunla böyük ehtiramla danışırdım. Onun vəfat xəbəri məni üzdü. Yaxınlarına, doğmalarına başsağlığı verirəm".

Mətbuat Şurasının Ahıllar Məclisinin sədr müavini Əminə Yusifqızı:

"Onun rəhmətə getməsinə o qədər pis oldum ki... Yaşı ötsə də, inanın o qədər qıvraq, həyat dolu insan idi ki, heç deməzdin ki, bu gün-sabah dünyasını dəyişə bilər. Hamımız ona böyük ehtiram və məhbbətlə yanaşırdıq. Arif müəllimi son dərəcə gözəl insan, peşəkar jurnalist kimi xarakterizə edirəm. Məni ona cəlb edən xüsusiyyəti həyatla dolu insan olmasıydı. 85 illik yubileyini Mətbuat Şurasında keçirdik. Amma qətiyyən ona 85 yaş vermək olmazdı. Söhbət etdik, şəkil çəkdirdik. Mən ondakı həyata bağlılıqdan müsbət enerji aldım. Düşündüm ki, demək yaşamağa dəyər, 85 yaş hələ qocalmaq demək deyil".

Şair, publisist Vaqif Bəhmənli Arif Əbdüloğlu ilə bir yerdə işlədiklərini xatırlayaraq, kədərini belə ifadə edib:

"Mən sovetlər dönəmində fəaliyyət göstərən "Sovet kəndi" qəzetində onunla birlikdə işləmişəm. Bu, Mərkəzi Komitənin qəzeti idi, Arif müəllim şöbə müdiri vəzifəsində çalışırdı. İlk dəfə orada tanış olduq. Onun necə zəhmətkeş, sözə, qəzetçiliyə böyük məhəbbətlə bağlı jurnalist olduğunu gördüm. Yorulmaq bilməyən insan idi. Qəzetdə maraqlı yazılar yazır, tematik səhifələr təşkil edirdi. Arif Əbdüloğlu tərtibat işlərini incəliyinə qədər bilirdi. Bu xüsuiyyət ondan mənə də keçib. Onun tərtibatı xüsusilə fərqlənirdi.

Eyni zamanda mən onu insan kimi də çox müsbət qiymətləndirirəm. Ürəyiaçıq idi, hər kəsə yardım etməyə çalışırdı. Arif müəllimin şöbəsində işləyən gənclərə xüsusi diqqət, qayğı göstəridi ki, onlar irəli getsinlər. Rəhmətliklə xüsusi əlaqələrimiz vardı. Bizə "Sovet kəndi" qəzetindən bağçılıq təsərüfatı yaratmışdlar. Mənə düşən torpaq sahəsində nəsə tikib etmədim, amma Arif müəllim rəhmətlik çox gözəl bağ saldı, hətta orada zəfərana qədər yetişdirirdi. Mən onun bağında qonaq olmuşam, bütün meyvə ağacları var. Mənə elə gəlir ki, orada ilk ağacları, bitkiləri elə Arif əkib. Bağı da gözümün qabağına gətirirəm və görürəm ki, o, nə qədər həyatsevər insan olub. Mənə elə gəlir ki, Arif müəllim hələ bir az da çalışmalıydı, təəsüflənirəm ki, aramızdan getdi".

V.Bəhmənli söyləyib ki, mərhum təvazökarlığından heç vaxt şairlərin yanında şeir yazmağını etiraf etmirdi:

"O heç vaxt şeir yazdığını bildirmirdi, çox təvazökar idi. Mən sonralar bildim ki, onun çox gözəl, maraqlı, həyatdan gəlmə şeirləri var. Arif Əbdüloğlu fundamental, tədqiqatçı jurnalist idi. Məsələn "Sovet kəndi" qəzeti ixtisaslaşmışdı, orada şöbələr ayrı idi, Arifin şöbəsi heyvandarlıqla bağlıydı. Təcrübələri yayırdı. Özbəkistana, Ukrayanaya gedirdi, orada fermalarda işi necə qurublar, heyvandarlıq necədi, bütün bu məlumatları toplayıb gətirir, tərcümə edirdi. Allah rəhmət eləsin! Yəqin ki, onun yas mərasiminə özümü çatdırcam".

Arif Əbdüloğlunun vəfatı sadəcə bir insanın həyatdan köçü deyil, həm də böyük bir qələm sahibinin susması deməkdir. Lakin o, bizə elə bir irs qoyub gedib ki, bu sükutun özü belə danışacaq. Onun yazdıqları, dedikləri, bildirdiyi fikirlər zamanla daha da dəyər qazanacaq. Çünki onun qələmə aldığı sözlər vicdanla, ürəklə, düşüncə ilə yazılıb.

Bu gün onu itirsək də, qələmi hələ yaşayır. Kitablarında, məqalələrində, poeziyasında o hələ bizimlədir. Onun sözü yaddaşımızda, ruhumuzda iz salıb.

Ruhunuz şad olsun, Arif müəllim!

Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq like
  • 20 Avq 17:00  
Digərləri Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq

Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet May

arrow Ətraflı
Netanyahu Makronun bəyanatına etiraz etdi like
  • 20 Avq 16:33  
Dünya Netanyahu Makronun bəyanatına etiraz etdi

İsrail Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun Fəl�

arrow Ətraflı
Sabiq icra başçısının yüksək rütbəli oğlu vəfat etdi like
  • 20 Avq 16:23  
Digərləri Sabiq icra başçısının yüksək rütbəli oğlu vəfat etdi

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Bağırovun oğlu

arrow Ətraflı
Könül Kərimovanın bu görüntüsü müzakirə yaratdı like
  • 20 Avq 16:16  
Şou-biznes Könül Kərimovanın bu görüntüsü müzakirə yaratdı

Əməkdar artist Könül Kərimova görünüşü ilə izləyicilərini təəccü

arrow Ətraflı
Rüfət Axundov bahalı maşın və nömrəsini paylaşdı like
  • 20 Avq 16:05  
Şou-biznes Rüfət Axundov bahalı maşın və nömrəsini paylaşdı

Müğənni Rüfət Axundov özünün lüks avtomobilini izləyiciləri ilə böl

arrow Ətraflı
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip”  yalnız CineMastercardda! like
  • 20 Avq 15:59  
Şou-biznes Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” yalnız CineMastercardda!

Avqustun 21-dən etibarən CineMastercard premium kinoteatrlar şəbəkəsi tür

arrow Ətraflı
Paytaxtın daha iki ünvanında minibdüşmə yeri yaradıldı like
  • 20 Avq 15:59  
Digərləri Paytaxtın daha iki ünvanında minibdüşmə yeri yaradıldı

AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri

arrow Ətraflı
Magistraturada yerlər boş qalıb: maraq niyə azalıb?  Deputat səbəbləri AÇIQLADI like
  • 20 Avq 15:51  
Digərləri Magistraturada yerlər boş qalıb: maraq niyə azalıb? Deputat səbəbləri AÇIQLADI

Son illər Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın ciddi

arrow Ətraflı
Azərbaycana Rusiya və Ukraynadan gələnlərin sayı rekord həddə like
  • 20 Avq 15:17  
Digərləri Azərbaycana Rusiya və Ukraynadan gələnlərin sayı rekord həddə

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 m

arrow Ətraflı
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək like
  • 20 Avq 15:13  
Digərləri Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Aeroport yolundakı dəhşətli qəzada ölən Təbrizin FOTOsu like
  • 20 Avq 15:08  
Digərləri Aeroport yolundakı dəhşətli qəzada ölən Təbrizin FOTOsu

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl Suraxanı rayonu, Aeroport şosesində a

arrow Ətraflı
Sabirabada yeni prokuror təyin edilib like
  • 20 Avq 14:55  
Digərləri Sabirabada yeni prokuror təyin edilib

Sabirabada yeni prokuror təyin edilib.

arrow Ətraflı