Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Digərləri 18 Avq 2025 17:28:00 70 0
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Bu xəbəri də oxu: Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi
Son.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar 21 - 28 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin h�

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi - "Met

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırm

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarəl

Çinli YouTuber Sinq pişikləri üçün metro sistemi quraraq sosial şəbəkə

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiy

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanın so

Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbayca

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduz

Kembric lüğətinin yenilənmiş versiyasına "Skibidi", "tradwi

"Dalyan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin ə

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.

Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü strateji platfor

Gəncəyə yeni hərbi prokuror təyin edilib.
