Paytaxtda torpaq bazarı alovlanır Ən bahalı rayonlar CƏDVƏL
Digərləri 18 Avq 2025 14:40:00 85 0
Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Bu xəbəri də oxu: İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi
Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda bir sot torpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 29% çoxdur.
Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 206 620 manata bərabər olub (illik müqayisədə 26% çox).
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+ 14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.
Ötən ay bir sot torpağın orta qiyməti Xətai rayonunda 237 321 manat (+ 12%), Nizami rayonunda 65 233 manat (+ 19%), Binəqədi rayonunda 55 830 manat (+ 14%), Sabunçu rayonunda 47 191 manat (+ 10,8%), Xəzər rayonunda 26 570 manat (+ 12%), Suraxanı rayonunda 25 970 manat (+ 10%), Qaradağ rayonunda 15 213 manat (+ 7%), Pirallahı rayonunda isə 9 266 manat (+ 8%) olub.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Dmitri Peskovun qızı Elizaveta Peskova sosial şəbəkədə yay görüntülər

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırm

Türk musiqisinin məşhur simalarından olan Banu Kırbağ vəfat edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciət

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Müğənni Bahar Lətifqızı xəstəxanaya yerləşdirilib.

Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların int

Çox qısa müddət ərzində Günəş xüsusi mövqe tutacaq və bu da 5 bürc�

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron

2023-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başçısı dəyişəndən bər

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hə

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü inzibati qaydad
