Başçını ittiham edən qohumu barədə qərar verildi


Digərləri 16 Avq 2025 15:36:00 93 0

Başçını ittiham edən qohumu barədə qərar verildi

Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Musavat.com xəbər verir ki, Rəşad Babayev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.

Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.

Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.  

Rəşad Babayevlə İsrafil Bəkirovun barələrindəki hökmdən apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb. İlkin isntansiyada Rəşad Babayevə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Apellyasiya instansiyasında cəza 6 il 9 aya endirilib. İsrafil Bəkirovun cəzası isə dəyişdirilmədən saxlanılıb.

Aeroport yolunda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlandı like
  • 16 Avq 15:19  
Digərləri Aeroport yolunda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlandı

16.08.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
Şərab kimi yaşlanan 3 bürc like
  • 16 Avq 15:00  
Digərləri Şərab kimi yaşlanan 3 bürc

İllər keçdikcə insanın görünüşü dəyişir, amma bəzi bürclər əksin

arrow Ətraflı
Xatirə İslam ərini paylaşıb bunları yazdı like
  • 16 Avq 14:45  
Şou-biznes Xatirə İslam ərini paylaşıb bunları yazdı

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin ad günü münasib

arrow Ətraflı
Yayda telefonunuzda bu nüanslara diqqət edin like
  • 16 Avq 14:30  
Digərləri Yayda telefonunuzda bu nüanslara diqqət edin

Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına de

arrow Ətraflı
Rusiyada üç ardıcıl zəlzələ oldu like
  • 16 Avq 14:17  
Dünya Rusiyada üç ardıcıl zəlzələ oldu

Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alın

arrow Ətraflı
Çimərliklərdə hava necə olacaq? like
  • 16 Avq 14:03  
Digərləri Çimərliklərdə hava necə olacaq?

Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıq

arrow Ətraflı
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb like
  • 16 Avq 13:34  
Dünya Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nətic

arrow Ətraflı
Azər Axşamın yeni iş yeri açıqlandı like
  • 16 Avq 13:23  
Digərləri Azər Axşamın yeni iş yeri açıqlandı

Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçıqarşısına �

arrow Ətraflı
Gecə şimşək çaxacaq, yağış yağacaq like
  • 16 Avq 13:15  
Digərləri Gecə şimşək çaxacaq, yağış yağacaq

Avqustun 17-d gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Zelenski: Avqustun 18də Vaşinqtonda Tramp ilə görüşəcəyəm like
  • 16 Avq 13:11  
Dünya Zelenski: Avqustun 18də Vaşinqtonda Tramp ilə görüşəcəyəm

Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin avqustun 18-də ABŞ-ın sabiq Pre

arrow Ətraflı
Tarot oxunuşu: Üç bürc karmik mükafat alacaq like
  • 16 Avq 13:00  
Digərləri Tarot oxunuşu: Üç bürc karmik mükafat alacaq

15 avqust üçün tarot bürc proqnozu üç bürc nümayəndələri üçün xoş

arrow Ətraflı
BDYPİ hərəkət iştirakçılarına müraciət edib like
  • 16 Avq 12:50  
Digərləri BDYPİ hərəkət iştirakçılarına müraciət edib

Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxt�

arrow Ətraflı
Tovuzda baş verən zəlzələnin təkanları Ermənistanda da hiss edilib like
  • 16 Avq 12:40  
Digərləri Tovuzda baş verən zəlzələnin təkanları Ermənistanda da hiss edilib

Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonu ərazisində baş ver�

arrow Ətraflı
DSXnin hərbi qulluqçuları təltif edildi  SƏRƏNCAM like
  • 16 Avq 12:31  
Siyasət DSXnin hərbi qulluqçuları təltif edildi SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin

arrow Ətraflı