Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək


Digərləri 15 Avq 2025 19:06:00 85 0

Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Bu barədə Son.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.

"Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.

Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

"Yaşayan Nostradamus"dan yeni qorxulu PROQNOZ like
  • 15 Avq 18:52  
Dünya "Yaşayan Nostradamus"dan yeni qorxulu PROQNOZ

"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Ato

arrow Ətraflı
Xalq artistindən 7 dəfə ərə gedən qadına: “Əsas başın bağlı olsun” like
  • 15 Avq 18:38  
Şou-biznes Xalq artistindən 7 dəfə ərə gedən qadına: “Əsas başın bağlı olsun”

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı like
  • 15 Avq 18:25  
Digərləri Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş nazir

arrow Ətraflı
Şahin Şıxlinski ilə bağlı qərar verildi like
  • 15 Avq 18:17  
Digərləri Şahin Şıxlinski ilə bağlı qərar verildi

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlins

arrow Ətraflı
Bakı Dəmiryol Vağzalının parklanma sahəsi bu tarixdən fəaliyyət göstərməyəcək like
  • 15 Avq 18:12  
Digərləri Bakı Dəmiryol Vağzalının parklanma sahəsi bu tarixdən fəaliyyət göstərməyəcək

Avqustun 18-dən etibarən Bakı Dəmiryol Vağzalının avtomobil parklanma sah

arrow Ətraflı
Dəhşətli qəzadan sağ çıxan cütlük evlənmək qərarı aldı  FOTO like
  • 15 Avq 18:00  
Digərləri Dəhşətli qəzadan sağ çıxan cütlük evlənmək qərarı aldı FOTO

Ağır qəza keçirən cütlük möcüzəvi şəkildə sağ qaldıqdan sonra evl

arrow Ətraflı
Azərbaycanda hansı rayonda nə qədər əməkhaqqı verilir?  TAM SİYAHI like
  • 15 Avq 17:55  
Digərləri Azərbaycanda hansı rayonda nə qədər əməkhaqqı verilir? TAM SİYAHI

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (�

arrow Ətraflı
Trampdan sərt xəbərdarlıq: “Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək” like
  • 15 Avq 17:50  
Dünya Trampdan sərt xəbərdarlıq: “Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək”

ABŞ Prezidenti Donald Tramp, Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərə

arrow Ətraflı
Sabah lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək like
  • 15 Avq 17:45  
Digərləri Sabah lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerd�

arrow Ətraflı
Bu rəng stresi 28% azaldır like
  • 12 Avq 05:05  
Digərləri Bu rəng stresi 28% azaldır

Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın n�

arrow Ətraflı
Qarpız arıqladır, yoxsa kökəldir? – Həkimlərdən açıqlama like
  • 12 Avq 04:04  
Digərləri Qarpız arıqladır, yoxsa kökəldir? – Həkimlərdən açıqlama

Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdi

arrow Ətraflı
Çətənə toxumunun sağlamlığa inanılmaz faydaları like
  • 12 Avq 03:03  
Digərləri Çətənə toxumunun sağlamlığa inanılmaz faydaları

Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün �

arrow Ətraflı
Yenidoğulmuş körpənin nəbzi və hərarəti – Valideynlər üçün vacib göstəricilər like
  • 12 Avq 02:02  
Digərləri Yenidoğulmuş körpənin nəbzi və hərarəti – Valideynlər üçün vacib göstəricilər

Yenidoğulmuş körpələrin sağlam inkişafı üçün onların tənəffüs sü

arrow Ətraflı
Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı? like
  • 12 Avq 01:01  
Digərləri Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox

arrow Ətraflı
Günün qoroskopu: Özünüzə şəfqətlə yanaşın like
  • 12 Avq 00:01  
Digərləri Günün qoroskopu: Özünüzə şəfqətlə yanaşın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı