Kartof kişilərdə istəyi artırırmış
Digərləri 11 Avq 2025 20:14:00 78 0
Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur.
Bu xəbəri də oxu: Günün qoroskopu: Yeni ideyalar və layihələr haqqında düşünün
Son.az axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:
Gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaramasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, mədə trampları, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də, rəngi yaşıllaşmış və cücərmiş kartof sağlamlığınız üçün çox təhlükəlidir.
Tərkibində fosfor olduğu üçün kişilərin cinsi fəaliyyətini artırır.
Hava kirliliyi, radiasiya kimi kimyəvi zəhərlənmələrdən qanı təmizləyir və hüceyrələri bərpa edir.
Kartofun 2 növü var. Birinci növün rəngi sarıdır. İkincisi isə yaşıldır. Rəngi yaşıl olan kartof Avropada heyvan yemi kimi istifadə edilir.
Bu məhsulu gün işığından uzaqda saxlamasanız, tərkibindəki "B" və "K" vitaminlərini itirə bilər.
Kartofda rast gəlinən manganez qadın dərisinin "dostudur". Bu dəyərli tərəvəz ancaq yeməklə deyil, kremlər və maska yolu ilə də qadın dərisini yeniləyir. Üzü qırışlardan azad edir və ölmüş hüceyrələri uzaqlaşdırır.
Peru bu gün kartofun paytaxtı kimi qəbul edilib. Ən böyük istehsalçı olmasa da, ən çox forma, rəng və çeşidi bu ölkədədir. Ən böyük istehsal və istehlakçı isə Çindir.
Kartofun içində olan vitaminlər xəstəliklərdən qoruyur. Ancaq avropalılar bu məhsulu tanısalar da, ondan tez bir zamanda istifadə etməyiblər. Xristianlar "İncil"də yer almadığı üçün kartof və çörəyi rədd edib, şeytanın yeməyi olaraq qiymətləndiriblər. Xüsusilə isveçrəlilər onu nə əkib-becərib, nə də yeyiblər. Hətta bu gün belə bəzi bölgələrdə bu səbəbdən kartof yeyilmir.
Yetişdirilməsi çox asan, saxlanması isə çox çətin qidadır. Xüsusilə 4 dərəcədən yüksək istilikdə saxlanılmalıdır. Əks təqdirdə içindəki nişasta şəkərə çevrilir və dadı dəyişir. İdeal saxlama dərəcəsi 7-10 dərəcədir.
Tərkibinin 75%-i sudur. 250 qram kartof qaynadılanda sadəcə 110 kalori verir. Dünyada hər bir insan il ərzində 33 kq kartof yeyir. Belaruslar bir ildə adambaşına 181 kq kartof yeyir ki, bu da gündə təxminən yarım kiloqram deməkdir.
Yüksək təzyiq və ürək üçün çox yaxşıdır. Eyni zamanda, antioksidandır. Tərkibindəki potansiyum banan, ispanaq və brokolidən daha çoxdur. Kartofu yağda qızartmaq belçikalıların ideyası olub. Ancaq amerikalılar bunu dünyaya "fransız qızartması" olaraq tanıdıb. Kartof qızartmasını Ağ Evə ilk qəbul edən prezident 1801-1809-cu illər ərzində hakimiyyətdə olan Tomas Ceferson olub.
1982-ci ildə 4 kiloqramlıq bir kartof yetişdirilib və bu, Ginnesin Rekordlar kitabına düşüb. 1995-ci ildə NASA tərəfindən kosmosda kartof yetişdirilib. 1897-1898-ci illərdə Alyaskaya olan qızıl hücumu ərəfəsində bu qida qızıl qədər qiymətli olub. Çünki həmin ərazilərdə ondan başqa yeyiləcək heçnə tapılmayıb. Dünya restoranlarının hamısının menyusunda badımcan, bibər tapa bilməzsiniz, ancaq kartof mütləq var.
Xəbərə aid video
Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i g

Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti

Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi "Məskunlaşmış fər

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Ag

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyəti

Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına raz

"Qarabağ"-"Şkendiya" oyunu ilə əlaqədar stadionun qarş

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün

Günəş sistemimizin ən uzaq nöqtələrində, kəşf edilməyi gözləyən n�

Avqustun 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi böl

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər �
