Əsgər Bəkiyevin intiharının detalları Cibindən məktub çıxıb...
Digərləri 11 Avq 2025 10:44:00 76 0
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub.
Bu xəbəri də oxu: Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?
Son.az musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: "Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev".
İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub.
Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.
Bəkiyev xidmətdə olan zaman baş leytenant tərəfindən çoxsaylı təzyiqlərə məruz qalıb. Komandir yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq onun ünvanına nalayiq ifadələr işlədib, ləyaqətini alçaldıb, amansız rəftar edib. Əsgərin yazdığı məktubdan belə başa düşülür ki, ailəsinə bu barədə əvvəllər də məlumat veribmiş.
Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın.
Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb.
Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub.
Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Xəbərə aid video
Balıkəsirin Sındırgı rayonunda dünən baş verən 6,1 bal gücündə zəlz

Bolqarıstan Ermənistan və Azərbaycan arasında imzalanmış əlamətdar sazi

Astroloqların proqnozlarına görə, 2025-ci ilin avqust ayı bəzi bürclər �

Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bö

Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da baş verən 6,1 bal gücünd�

Xəbər verdiyimiz kimi, Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da saat

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün ba�

Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirir

Zənginlik gəlməzdən əvvəl insanın davranışında beş əsas dəyişiklik

Qadınlar üçün "Viaqra" adlanan qeyri-hormonal kremi Myregynanın y

Su sağlam həyatın ayrılmaz hissəsidir. Lakin mütəxəssislər yalnız nə
