AAYDAnın vəzifəli şəxsi içkili halda saxlanıldı
Digərləri 07 Avq 2025 16:30:00 58 0
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.
Bu xəbəri də oxu: Maskdan Azərbaycanla bağlı paylaşım VİDEO FOTO
Son.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən "2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.
Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus "Toyota Prado" markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.
Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.
Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Əməkdar artist Ceyhun İsmayılov (Maestro Ceyhun) sosial şəbəkədə payla�

Uzun müddətdir Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Hümbətova

Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Bakı şəhəri üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına

İki gün əvvəl ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli

Sabahdan Bakıda və Abşeron yarımadasında hava temperaturunun aşağı düş

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləm�

"Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Şt

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 av

3I/ATLAS obyektinin yadplanetli mənşəli olması ilə bağlı fərziyyə müba

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb ki, Dəmə�

1962-ci il istehsalı olan yeganə ağ rəngli Ferrari 250 GTO - Bianco Speciale

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə
