Hər yaşlı insan bu sağlamlıq testlərindən mütləq keçməlidir
Digərləri 06 Avq 2025 23:30:00 62 0
Rusiyalı nefroloq Danila Pırikov yaşlı insanlar üçün vacib sayılan tibbi analizlər barədə danışıb.
Bu xəbəri də oxu: Qatarlar gecikə bilər XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini bilmək, ürək-damar risklərini düzgün qiymətləndirmək üçün kifayət etmir. Lipid profili daha geniş və ətraflı məlumat verir və infarkt və insult riskinin qiymətləndirilməsində mühüm rol oynayır.
Həkim həmçinin nəcisdə gizli qanın aşkarlanması testini də tövsiyə edib. Onun fikrincə, bu analiz yaşlı insanlarda yoğun bağırsaq (kolorektal) xərçəngi riskini vaxtında müəyyən etməyə imkan verir. Pırikov yaş artdıqca kolonoskopiyanın da müəyyən aralıqlarla aparılmasının önəmli olduğunu vurğulayıb.
Danila Pırikov əlavə edib ki, kişilər üçün prostat-spesifik antigen (PSA) testi xüsusilə vacibdir. Bu test prostat vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir. Qadınlara isə vaxtaşırı ginekoloji müayinələrdən keçmək və onkositologiya üzrə yaxma testi vermək tövsiyə olunub.
Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danış�

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatlar�

6 avqust tarixində nəzərdə tutulan "AJET" aviaşirkətinin icra et

Çində COVID-19-a qarşı tətbiq olunan genişmiqyaslı məhdudiyyətlər yeni

Havalar soyuyanda dırnaq ətrafında bir çox problemlər meydana gəlir. Dırn

Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Duba

ABŞ-nin Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum

Avqustun 5-dən etibarən üç bürc üçün müsbət dəyişikliklər dövrü b

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq ş

Şair və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı mə

Bu həftə Ağ Ev keçmiş Sovet İttifaqında ən uzun sürən münaqişələrd
