Bakıda bu mebel sexinin fəaliyyəti dayandırıldı
Digərləri 06 Avq 2025 12:56:00 68 0
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Bu barədə Son.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Rzalı Vüsal Teyyub oğluna məxsus mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Rzalı Vüsal Teyyub oğluna məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün - avqustun 6-d

İşsizlik Rusiyada yenidən tarixi minimuma enib və hazırda bu göstərici c�

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhər

Prezident İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə məktub ünvan

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin q

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyal

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə 91 yaş

Son bir neçə il ərzində Azərbaycan Avrasiya və Yaxın Şərq enerji səhn�

Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəz

Teleaparıcı Vüsalə Əlizadə istirahətindən video yayıb.

ABŞ-ın Arizona ştatının Çinl hava limanı yaxınlığında kiçik təcili
