Rüşvətlə plastik cərrahiyyəyə icazə verən vəzifəli şəxslər məhkəmə qarşısında


Digərləri 05 Avq 2025 16:03:00 63 0

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən vəzifəli şəxslər məhkəmə qarşısında

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Son.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib like
  • 05 Avq 15:59  
Siyasət Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla

arrow Ətraflı
Plastik butulkalardan suya hansı maddələr keçir? like
  • 05 Avq 15:57  
Digərləri Plastik butulkalardan suya hansı maddələr keçir?

Yay aylarında plastik qablaşdırılmış suların uzun müddət günəş şüa

arrow Ətraflı
Pakistan səfiri Azərbaycana təşəkkür etdi like
  • 05 Avq 15:48  
Siyasət Pakistan səfiri Azərbaycana təşəkkür etdi

Kəşmir xalqına göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür ed

arrow Ətraflı
Türkiyə ciddi təhlükə ilə üzüzə  “Bütün heyvanlara yayılıb” like
  • 05 Avq 15:38  
Digərləri Türkiyə ciddi təhlükə ilə üzüzə “Bütün heyvanlara yayılıb”

Türkiyənin Qars və Ərdahan əyalətlərində başlayan və daha sonra Artvi

arrow Ətraflı
Serbiyalı nazir Darko Qlişiç canlı efirdə insult keçirdi  Vəziyyəti ağırdır like
  • 05 Avq 15:33  
Dünya Serbiyalı nazir Darko Qlişiç canlı efirdə insult keçirdi Vəziyyəti ağırdır

Serbiyanın dövlət investisiyaları naziri, eyni zamanda hakim "Serbiya T

arrow Ətraflı
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir like
  • 05 Avq 15:23  
Siyasət İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir

İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin m�

arrow Ətraflı
Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir? like
  • 05 Avq 15:18  
Digərləri Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir?

Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlm�

arrow Ətraflı
Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət necədir? like
  • 05 Avq 15:06  
Digərləri Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət necədir?

Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabild

arrow Ətraflı
Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər... like
  • 05 Avq 15:00  
Digərləri Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz ş

arrow Ətraflı
Bu ölkədə ilk dəfə qadınlara maşın sürməyə icazə verildi like
  • 05 Avq 14:53  
Dünya Bu ölkədə ilk dəfə qadınlara maşın sürməyə icazə verildi

Şimali Koreyada qadınların avtomobil sürmək hüququ ilə bağlı tarixi də

arrow Ətraflı
Məşhur psixoloq təmizlikçi çıxdı  Hər seans bu qədər pul alırmış... like
  • 05 Avq 14:40  
Digərləri Məşhur psixoloq təmizlikçi çıxdı Hər seans bu qədər pul alırmış...

Tanınmış türkiyəli psixoloq Abdullah Volkan Uçakın xalça təmizləyicis

arrow Ətraflı
Ağır qəza  ana və 2 yaşlı oğlu öldü like
  • 05 Avq 14:27  
Digərləri Ağır qəza ana və 2 yaşlı oğlu öldü

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun

arrow Ətraflı
Sumqayıtda itkin düşən 16 yaşlı qızdan xəbər var like
  • 05 Avq 14:15  
Digərləri Sumqayıtda itkin düşən 16 yaşlı qızdan xəbər var

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib

arrow Ətraflı