720 namizəd dövlət qulluğu üzrə imtahan verdi
Digərləri 03 Avq 2025 14:02:00 69 0
Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Bu xəbəri də oxu: Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət VİDEO
Bu barədə Son.az-a DİM-dən bildirilib.
Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 - 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
--------
09:12
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanları keçirəcək.
Oklahoma-Sitidən olan 25 yaşlı Coşua Allard ekstremal pəhriz təcrübəsini

Çeçenistan rəhbəri Ramzan Kadırov bilyard oyununda oğlu, respublikanın T�

Teleaparıcı Nigar Fərhad diqqətçəkən açıqlamalar edib. Son.az xəb�

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna m

Bakı metrosunda qeydə alınan görüntü diqqət çəkib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəc�

Müğənni Lətifə Soyuözün paylaşımı marağa səbəb olub.

Rusiya Prezidenti Vladimir Putində dəhşətli xəstəliklərin əlamətlərini

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi

Moskvada "Krokus Siti Holl" konsert zalında törədilən terror aktı

İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və

Meyxanaçı Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.
