"1000 nəfərə aspirin versək, 5 il ərzində infarktın qarşısını ala bilərik, amma..."
Digərləri 01 Avq 2025 21:46:00 89 0
Həkim infarktdan qorunmaq üçün aspirin qəbulunun qaydalarını açıqlayıb.
Son.az xəbər verir ki, nefroloq həkim Darya Sadovskaya aspirinin müntəzəm qəbulunun infarkt və insult riskini azalda biləcəyini, lakin ciddi fəsadlara da yol aça biləcəyini bildirib. O, bu barədə öz "Telegram" kanalında paylaşım edib.
Həkimin sözlərinə görə aspirin əsasən ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərə təyin olunur. Riskin dəyərləndirilməsi zamanı xəstənin yaşı, arterial təzyiqi, xolesterin səviyyəsi, daxili orqanlarda xroniki xəstəliklərin və ya şəkərli diabetin olub-olmaması, eləcə də ürək problemlərinin simptomları nəzərə alınır.
Sadovskaya əlavə edib ki, xüsusilə 50 yaşdan yuxarı, şəkərli diabeti və əlavə risk faktoru (yüksək təzyiq, siqaret çəkmə, ailəvi genetik meyillik) olan şəxslərə aspirin profilaktik məqsədlə verilə bilər.
Lakin həkim xəbərdarlıq edib ki, aspirini həkim təyinatı olmadan qəbul etmək yolverilməzdir. Çünki bu dərman daxili - xüsusilə mədə və bağırsaq qanaxmalarının riskini artırır. "Əgər biz 1000 nəfərə aspirin versək, 5 il ərzində 6 infarkt və ya insultun qarşısını ala bilərik, amma 1-2 ciddi qanaxma da yarana bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, ürək-damar xəstəlikləri Rusiyada ölüm səbəbləri arasında birinci yerdə qərarlaşıb.
Rusiya Dövlət Dumasının deputatı miqrant uşaqları üçün pulsuz təhsili

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsiz

"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantla

Son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hü

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.

AQTA yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemi

"Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin ol

Süni şirinləşdirici ilə hazırlanan "zero" içkilərin sağlamlı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.

Bakının Köhnə Günəşli qəsəbəsində avtoservis yanır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
